Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Şair-dramaturq Əyyub Qiyasın yubileyinə sözardı -FOTOLAR

Baxılıb: 4119     Tarix: 27-12-2018 15:20   
Şair-dramaturq Əyyub Qiyasın yubileyinə sözardı

50 illik yubileyinə L.Brejnevlə gələn yazıçı

O, hətta ABŞ-ın indiki prezidenti Donald Trampın da redaktoru olub.


Sumqayıt Poeziya Evində öz zəngin, özünəməxsus yaradıcılığı ilə populyarlıq qazanmış istedadlı şair-dramaturq Əyyub Qiyasın 50 illik yubileyi keçirilmişdir. O, yubileyə tək gəlməmişdi - SSRİ-yə uzun illər rəhbərlik etmiş L.Brejnevi də özünün "Havay tətilləri, yaxud Brejnev sağdır" romanında götürüb gəlmişdi.

Onu çoxları ilk dəfə müasirliyi, orijinallığı ilə seçilən şeirlər müəllifi - gənc şair kimi tanıyıb. Rəsul Rzanı, Əli Kərimi, Xəlil Rzanı, Ramiz Rövşəni özünün poeziya kumirləri sayan gənc Əyyub Qiyasın ötən əsrin 90-cı illərinin əvvəllərində qəzet və jurnallarda, müxtəlif ədəbi nəşrlərdə görünən imzası elə ilk günlərdən diqqəti cəlb etmişdi. O, dahi şairlərimizin, korifey sənətkarların əbədi var olduğu, hər qələm tutana boy verməyən Azərbaycan poeziyasına həmin illərdə öz yeni sözü, yeni səsi ilə gəlmişdi.

Əyyub Qiyasda ədəbiyyata, şeirə-sənətə olan sevgini isə onun istedadlı ədəbiyyat müəllimi, tanınmış şairə, Azərbaycanın Əməkdar müəllimi Ofelya Babayeva oyatmışdı. Və məhz ədəbiyyata, şeirə olan böyük marağı və sevgisi onun gələcək həyatını müəyyənləşdirdi.
M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Teatr sənəti" fakültəsində, sonralar Moskva Ümumittifaq Kinematoqrafıya İnstitutu nəzdində ali ssenari kurslarında təhsil alması, Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun qiyabi aspiranturasını bitirməsi onun yaradıcılıq potensialının artmasında mühüm rol oynayıb.
Və bir vaxtlar poeziya sevdası ilə başına topladığı gənc şairlərlə birgə yaratdığı "Dəniz" Ədəbi Birliyi onun poetik istedadının püxtələşməsinə daha bir səbəb olmaqla, dünyanın "ədəbiyyat okeanı"na çıxmaq istəyini gücləndirdi. Azərbaycanın və Avropa ölkələrinin, Amerikanın məşhur yazıçı və şairlərinin əsərləri ilə hələ məktəb illərindən tanış olması, güclü mütaliəsi tədricən onun yaradıcılıq istiqamətlərini də genişləndirdi. Ədəbiyyata şeirlə gəlsə də, nəsrə, dramaturgiyaya da marağı artdı.

Təsadüfi deyil ki, onun "Mən bir sapand daşıyam ki...", "EŞQ", "Dərdin yaşı bilinməz" şeirlər kitabları ilə yanaşı, olduqca maraqlı povest və romanları, o cümlədən "Sonuncu büt", "Qara işıq", "Köpək bürcü", "Sultan körpüsü", "Kağız gəmilər", "Tənha qadın üçün serenada" və digər romanları ədəbi ictimaiyyət və oxucular tərəfindən bu gün də yüksək qiymətləndirilir. Əyyub Qiyasın dünya teatr səhnələrində uğurla tamaşaya qoyula biləcək "Cəhənnəm ekspresi" psixoloji dramı və "Qarışqa yuvası" tragikomediyası onun dramaturgiya sahəsində daha böyük uğurlar qazana biləcəyinə böyük inam yaradır. Hər iki əsər respublika teatrları tərəfindən səhnələşdirilmiş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Onun bu dram əsərlərinin uğurlu alınmasında müxtəlif teatrlarda rejissor və direktor kimi çalışmasının da rolu az olmayıb. Bir vaxtlar müxtəlif jurnallarda, o cümlədən "Ulduz", "Ulu çinar", "Qobustan" jurnallarında çalışması da onun yaradıcılıq təxəllüyünə və diapazonuna öz müsbət təsirini göstərib.
Yaradıcılıq uğurlarına görə Prezident təqaüdünə layiq görülən Əyyub Qiyas tərcümə sahəsində də gərgin və səmərəli çalışır. O, indiyədək dünyanın bir çox məşhur yazıçı və dramaturqlarının 90-a yaxın roman, povest və dram əsərini, o cümlədən E.Remarkın, A. Karpenterin, B.Pasternakın, E.Yunsonun, S.Bellounun və dünyaca məşhur yazıçımız Çingiz Abdullayevin neçə-neçə romanını, B.Brextin, H.Hofmanın, F.Dürrenmattın, S.Bekketin dram əsərlərini, Rabindranat Taqorun, Vladimir Vısotskinin, Qabriella Mistralın, İosif Brodskinin, Leyla Əliyevanın və digərlərinin şeirlərini ustalıqla Azərbaycan dilinə çevirmişdir.
O, dünya ədəbiyyatının 35-dən artıq görkəmli nümayəndəsinin, o cümlədən A.Ekzüperinin, H.Heynenin, A.Soljenitsının, K.Doylun, Ç.Darvinin, D. Moryenin, Edqar Ponun, hətta ABŞ-ın indiki prezidenti Donald Trampın ("Heç vaxt təslim olma") əsərlərindən ibarət kitabların, həmçinin Ərəb və Yapon ədəbiyyatı antologiyalarının redaktoru olmuşdur.
Əyyub Qiyas istedadlı teatrşünas kimi bir-çox televiziya tamaşalarının və filmlərin, serialların, o cümlədən böyük maraqla qarşılanan "Susmuş vicdan" (2010, "Xəzər" TV,), "Sevginin göz yaşları" (2013 - "Xəzər" TV), "Kəpənək qanadları" (2002, "Dünya" TV) "Şəkilli kitab" (2009, "Dünya" TV) filmlərinin, "Sonuncu fəsil (2013 - ATV), "Tək olanda qorxma..." (2013, "Space" TV) teleseriallarının ssenari müəllifi, "Nabat" filminin (2013, "Azərbaycanfilm") və "Oyunçu" tele-serialının (2008, AzTV) redaktoru olmuşdur.
O, həmçinin özünü aktyor kimi "Cansıxıcı əhvalat" (1988, Elçin obrazı) və "Murad-Sad" (1988, Murad obrazı) filmlərində də sınamış və Moskvadakı tələbəlik illərində məharətlə, ustallıqla yaratdığı obrazlarla geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır.

Təsadüfi deyil ki, 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, bütün varlığı ilə ədəbiyyat, şeir-sənət adamı olan, ötən illər ərzində ədəbi yaradıcılıq və tərcümə sahəsində bir-çox mükafatlara layiq görülən Əyyub Qiyasın 50 illik yubileyi və yeni çapdan çıxmış “Havay tətilləri, yaxud Brejnev sağdır” kitabının təqdimatı ilə bağlı Sumqayıt Poeziya Evində keçirilən geniş tədbirdə şəhər ictimaiyyətinin və ədəbi mühitinin nümayəndələri ilə yanaşı respublikanın bir-çox yerlərindən təşrif buyurmuş qələm dostları - tanınmış şair və yazıçılar, alimlər, aktyorlar, mətbuat işçiləri və daimi oxucuları da iştirak edirdilər.
Yubilyarın yaradıcılığına böyük maraqdan, həm də ehtiram doğuran qürurlu şəxsiyyətindən irəli gəlirdi ki, Poeziya Evində ilk dəfə idi ki, böyük bir izdiham vardı. Və təsadüfi deyildi ki, Ə.Kərim adına Poeziya Klubunun sədri, şair İbrahim İlyasılı qonaqları salamlayaraq, yubilyarı təbrik etdikdən, tədbirin aparıcısı şair Ehtiram İlham dostu Əyyub Qiyasın yaradıcılığı haqqında danışdıqdan sonra çoxları böyük həvəslə yubilyar və onun əsərləri barədə ürək sözlərini deməyə can atırdı. Və təbii ki, onun haqqında ilk söz bir vaxtlar ona ədəbiyyatı sevdirə bilmiş müəlliməsinə, Azərbaycanın Əməkdar müəllimi, "Şöhrət" ordenli Ofelya Babayevaya verildi. O, Əyyub Qiyasın orta məktəb illəri ilə bağlı xatirələrini yada salaraq, öz keçmiş şagirdi ilə fəxr etdiyini bildirdi və ona yaradıcılığında daha böyük uğurlar arzuladı.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, ədəbi tənqidçi, filolologiya elmləri doktoru Vaqif Yusifli, şairlər Əşrəf Vesyəlli, Adilə Nəzər və Ayaz Arabaçı, yazıçılar Seyran Səxavət, Almaz Bəyazid və Kamran Nəzirli, Sumqayıt Dövlət Universitetinin professoru, şair Rafiq Yusifoğlu, AYB Bədii tərcümə və ədəbi əlaqələr Mərkəzinin sədri, şair-tərcüməçi Səlim Babullaoğlu, Dünya Gənc Türk Yazarlar birliyi məsləhət şurasının sədri, şair Əkbər Qoşalı, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şairə-bəsətəkar Xanım İsmayılqızı, AJB Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist Rafiq Oday, professor Rüstəm Kamal, AYB Qubadlı rayon bölməsinin sədri Namiq Məna, Mədəniyyət işçiləri Həmkarlar ittifaqı Sumqayıt şəhər komitəsinin sədri Şahin Şəfiyev, AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Şəkidən öz "Piti" suveniri ilə yubilyarı təbrikə gəlmiş həkim, oxucu Vüqar Əmrahov və başqaları çıxış edərək Əyyub Qiyası 50 illik yubileyi münasibətilə təbrik etdilər, yazıçının çoxşaxəli yaradıcılığı haqqında fikirlərini söylədilər və yeni əsərləri ilə oxucuları tez-tez oxucuların görüşünə gəlməsini arzuladılar.

Tədbir yubilyar şair-dramaturqun öz yaradıcılıq stilində qələmə aldığı “Sarı gəlin” şerinə onun tələbə dostları Şirzad Pirallahı və İlham Əsgəroğlu tərəfindən hazırılanmış maraqlı musiqili kompozisiya ilə başa çatdı.
Tədbirin sonunda Əyyub Qiyas öz yeni romanını - "Havay tətilləri, yaxud Brejnev sağdır" kitabını imzalayaraq oxuculara təqdim etməklə onları bir daha sevindirdi.

Rəhman ORXAN.














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər