Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Xalq yazıçısı Çingiz Abdullayev ilə gənclərin görüşü keçirildi - FOTOLAR

Baxılıb: 3179     Tarix: 22-12-2018 19:18   
Sumqayıtda Xalq yazıçısı Çingiz Abdullayev ilə gənclərin görüşü keçirildi - FOTOLAR

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində xalq yazıçısı Çingiz Abdullayev ilə gənc oxucuların görüşü keçirilib.

Sumqayitfakt.Az-ın verdiyi xəbərə görə, tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov və Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan, həmçinin Sumqayıt şəhərində də gənclərin hər tərəfli inkişafı üçün şəhər rəhbəri tərəfindən yaradılan əlverişli şəraitdən danışmışdır. Qeyd olundu ki, görüşün keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət proqramından irəli gələn məsələlərin həlli, gənclərin mütaliə həvəsi və kitaba olan marağının artırılması, öz sahəsində tanınmışlarla gənclərin canlı ünsiyyəti və asudə vaxtını səmərəli təşkil etməkdir.

Tədbirdə xalq yazıçısına şəhər İcra Hakimiyyətinin nümayəndəsi tərəfindən “Sumqayıt” adlı kitab hədiyyə olaraq təqdim edilmişdir.

Sonra söz dünya şöhrətli yazıçı Çingiz Abdullayevə verildi. Maraqlı müzakirələr ilə yadda qalan görüşdə ədib öz yaradıcılıq planları, yeni əsərləri haqqında məlumat vermiş, oxucuları maraqlandıran sualları cavablandırmışdır.

Sonda Baş İdarə tərəfindən bir neçə sual müəlliflərinə Çingiz Abdullayevin kitabları hədiyyə edilmişdir.











Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər