Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Vətən uğrunda ölüm həyatın davamıdır : QƏHRƏMAN DÖYÜŞÇÜ ANILDI -FOTOLAR

Baxılıb: 2102     Tarix: 17-12-2018 15:40   
Vətən uğrunda ölüm həyatın davamıdır :  QƏHRƏMAN DÖYÜŞÇÜ ANILDI

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi ilə Sumqayıtın Tarixi Muzeyində Milli Ordumuzun qəhrəman döyüşçüsü Mahmudov Akif Əbdüləli oğlunun əziz xatirəsinə həsr olumuş “Vətən uğrunda ölüm həyatın davamıdır” adlı anım mərasimi keçirilib.


Sumqayitfakt.Az
xəbər verir ki, anım mərasiminə şəhidin ailə üzvləri, yaxınları “Azərkimya” İB-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fikrət Əliyev, əməkdaşı Bəxtiyar Musayev, YAP Sumqayıt Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini Nəzakət Dadaşova, Sumqayıt Şəhər Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, şəhidin vaxtilə təhsil aldığı 16 saylı tam orta məktəbin,Təfəkkür liseyinin müəllim və şagird heyəti, Qubadlı Rayon Tarix-Diyarşunaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.

Muzeyin əməkdaşı Səidə Səfərova anım mərasiminə toplaşanları muzeyin “Şəhidlər Qalereyası”nda nümayiş olunan sumqayıtlı şəhidlərin şəxsi arxivlərinin toplandığı daimi ekspozisiya ilə tanış edib.

Tədbirin aparıcısı muzeyin elmi katibi Sənurə Lazımova Akif Mahmudovun həyatı və şərəfli döyüş yolu haqqında ətraflı məlumat verib. Mərasimə dəvət almış şəhidin ailə üzvləri, yaxınları, Sumqayıt Şəhər Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Eldar Hüseynov, muzeyin direktoru Olya İslamova, şəhidin vaxtilə təhsil aldığı 16 saylı məktəbin direktoru Niyaz Süleymanov, şəhidin cəbhə yoldaşı Maarif Musaoğlu çıxış edərək şəhidin qəhrəman döyüşçü olduğunu bir daha vurğulayıblar. Təsadüfi deyil ki o, Azərbaycan Respublikası Prezidentinin 859 № li, 24. 06. 2005 – ci il tarixli sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuşdur.”

4 saylı tam orta məktəbin şagirdi Nuray Əliyevanın, 14 saylı tam orta məktəbin şagirdi Mədinə Məmmədlinin, Təfəkkür liseyinin şagirdlərinin--Mətanət Quliyevanın, Səlimə Xankişilinin, Şəhla Abulovanın ifasında səslənən şerlər mövzu ilə harmoniya yaradıb. Tədbirin sonunda şəhidin şəxsi arxivi əsasında tərtib olunmuş sərgi, mövzu ilə əlaqədar videoçarx nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət idarəsinin
Mətbuat xidməti














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər