Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Mart 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Devalvasiyadan sonra dollar satışı ən yüksək həddə çatıb

Baxılıb: 2198     Tarix: 12-12-2018 17:12   
Devalvasiyadan sonra dollar satışı ən yüksək həddə çatıb
"Mərkəzi Bank 10 ayın yekunları üzrə bankların nağd formada həyata keçirdiyi xarici valyuta ticarətinə dair məlumat açıqlayıb. Ötən ilin 10 ayı ilə müqayisədə banklar tərəfindən nağd satılan xarici valyutanın həcmi 2 dəfəyə yaxın artıb".

Bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, bütün növ xarici valyutaların satışı ötən ilin 10 ayında 1,750 milyard dollar, 2018-ci ilin eyni dövründə isə 3,380 milyard dollar ekvivalentində olub: "Bu göstərici 2015-ci ildən - kəskin devalvasiya ilindən sonra ən yüksək göstəricidi. Bu ilin yanvar-oktyabr ayında satılan nağd xarici valyutanın təxminən 77,2%-ni ABŞ dolları, 19,6%-ni avro, 1,8%-ni ingilis funtu, 1.4%-ni rus rublu təşkil edib. Bankların naqd satdığı xarici valyutanın həcmi nağd valyuta alışını təxminən 1,2 milyard dollar üstələyib.

Əslində dərin analiz tələb edən rəqəmlərdir: iqtisadi fəallığın ən aşağı həddə olduğu, iqtisadi staqnasiyanın yaşandığı, real gəlirlərin faltiki olaraq artmadığı dövrdə bütövlükdə ev təsərrüfatlarının və fiziki şəxslərin xarici valyutaya tələbatının artması real görünmür. Bunu ona görə yazıram ki, nağd valyutaya tələbi əsasən bu subyektlər təmsil edir.

Əsas ehtimalım odur ki, valyutaya tələbin artmasında dövlət sektorunun xərclərinin ötən ilə nisbətən kəskin artımıdır. Söhbət xüsusilə də dövlət sektorunun investisiya təyinatlı xərclərinin artımından gedir. Rəsmi statistikaya gərə, bu ilin 10 ayında ötən ilin eyni dövrünə nəzərən təkcə hökumət mənbələri üzrə investisiya xərcləri 80%-dək artıb. Bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmləri yüksək səviyyədə olmadığından müxtəlif kanallarla nağd valyuta bazarına yolu xeyli rəvandır. Bəlkə də sırf təsdüfdəndir, bu 2 göstəricinin artım miqyasında da xeyli yaxınlıq var..." yeniavaz.com

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər