Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Yanvar 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda Beynəlxalq cüdo turniri keçirildi - FPTOLAR

Baxılıb: 3142     Tarix: 10-12-2018 18:08   
Sumqayıtda Beynəlxalq cüdo turniri keçirildi

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 07-09 dekabr 2018-ci il tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə yeniyetmə oğlan və qızlar arasında VII Beynəlxalq turnir keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, Yarışın açılış mərasimində çıxış edən Sumqayıt şəhər İcra hakimiyyəti başçısının müavini Sahib Quliyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Əlizadə, Azərbaycan Cüdo Federasiyasının Baş katibi Elmar Babanlı Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini, bu sahənin Dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və yüksəlişinin əsası qoyularaq Müstəqil Azərbaycanın idman ölkəsi kimi Beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulmasının geniş vüsət almasını qeyd etmişdir.

Natiqlər çıxışlarını davam edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü işlərin, uğurlu idman siyasətinin nəticəsində Azərbaycanın bütün bölgələrində möhtəşəm Olimpiya İdman Komplekslərinin tikildiyini, ölkəmizin hərtərəfli və dinamik inkişafını, ictimai-siyasi sabitliyini, mühüm beynəlxalq tədbirlərin keçirilməsində əldə olunan geniş təcrübəni, müasir idman infrastrukturunun yaradılmasından, idmançılarımızın beynəlxalq yarışlarda əldə etdiyi uğurlardan bəhs etmişlər.

Ölkə başçısının həyata keçirdiyi sosial, iqtisadi əhəmiyyətli tədbirlər nəticəsində respublikamızın hər yerində olduğu kimi, qısa bir dövrdə Sumqayıt şəhərinin sosial-iqtisadi və mədəni həyatında davamlı inkişafa nail olunması, Ümummilli liderimizin adına layiq, möhtəşəm Heydər Əliyev Mərkəzi, memarlıq inciləri olan Şahmat və Uşaq İncəsənət məktəbləri, Bayraq Muzeyi son dövrün möcüzəsi olan füsünkar Sumqayıt Bulvarının tikilərək sakinlərin istifadəsinə verilməsi haqqında geniş məlumat vermiş, turniri açıq elan etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət himni ilə başladı.

Tədbirin bədii hissəsində gənc müğənni Kənan Qədimovunvun ifasında mahnılar səsləndirilmişdir.

Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo üzrə VII Beynəlxalq turnirdə Sumqayıt idmançıları ilə yanaşı Bakı, Gəncə, Qusar, Yevlax, Zaqatala, Bərdə, Qax, Qubadlı, Abşeron, Naftalan, Ağdam, Masallı, Şabran, Goranboy, Mingəçevir, Göyçay, Göygöl, Zərdab, Cəlilabad, Quba, Şamaxı, Siyəzən, Tovuz, Ucar şəhər və rayon komandalarının, həmçinin Rusiya Federasiyasının Nalçiq, Maxaçqala,

Anapa, Dərbənd, Yekatirinburq Ural, Ukrayna, Qazağıstan, Qırğızıstan komandalarının 660-a yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır.

Yarışı Azərbaycan Cüdo Federasiyası tərəfindən təyin edilmiş hakimlər heyəti idarə etmişdir.

İki gün gərgin idman mübarizəsi şəraitində davam edən turnirdə İlkin Rzazadə (30 kq. Mingəçevir), Cəsur İbadlı (34 kq. Bakı-AURA İK), Həsən Əhmədov (38 kq. Balaxanı OİK), Süleyman Şükürov (42 kq. Sumqayıt 2№ UGİŞM), Dmitriy Kərimov (46 kq. Rusiya, Ural şəhəri), Rafael Hətəmov (50 kq. Şamaxı), Nicat Nağıyev(55 kq. Bakı, 13№ İOEUGİM), Nahid Tarquliyev (60 kq. Bakı, Hədəf İK), Anton Fedin (66 kq. Rusiya, Ural şəhəri) və Timofey Volkov (+66 kq. Rusiya, Ural şəhəri) oğlanlar arasında, Nərmin Soltanova (28 kq. Zirvə İ.K), Sofiya Yanushkevic (32 kq. Rusiya, Ural şəhəri), Leyla Dəmirova (36 kq. Bakı, 13№ İOEUGİM), Fəridə Mirzəyeva (40 kq. Bakı, Ruslan 93 İ.K), Rəmziyyə Hüseynova (44 kq. Bakı, Ruslan 93 İ.K), Elizaveta Matveyeva (48 kq. Rusiya Anapa şəhəri), Gülnarə Bayramova (52 kq. Bakı-AURA İK), Pərvanə Abdullayeva (57 kq. Yevlax), Zeynəb Əsədova (63 kq. Bakı, Məhsul İ.K) və Leyli Qurbanova (+63 kq. Ağdam) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.

Turnirin qalib və mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri Fərman, medal və kubokları ilə mükafatlandırılmışlar.

Sumqayitfakt.Az








Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər