Xəbər xətti
17-09-2021
16-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Zakir Fərəcovun Sumqayıtda 6 ayı -FOTOLAR

Baxılıb: 32 635     Tarix: 29-02-2016 00:56   
Zakir Fərəcovun Sumqayıtda 6 ayı

Martın 2-də Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun təyinatının 6 ayı tamam olur. Bu, əslində böyük zaman kəsiyi olmasa da, Sumqayıtda görülən işlərin kəmiyyət və keyfiyyət zənginliyi baxımından diqqəti cəlb edir.

Vurğulayaq ki, Z. Fərəcov bundan əvvəl də Sumqayıt şəhər Bələdiyyəsinin sədri olaraq şəhərin təsərrüfatına və özünəməxsus xüsusiyyətlərinə yaxından bələd olan rəhbər kimi xarakterizə olunurdu. Bu baxımdan sumqayıtlıların onun təyinatını böyük rəğbətlə qarşılamaları başa düşüləndir.

Qeyd edək ki, 6 ay ərzində həyata keçirilən tədbirlər şəhər ictimaiyyətinin Z. Fərəcova olan ümidlərinin doğrulması baxımından əhəmiyyətlidir. Bu müddətdə bir sıra infrastruktur işləri ilə yanaşı, müəyyən təşkilatlarda baş alıb gedən korrupsiya və rüşvət hallarına qarşı görülən tədbirləri də ayrıca vurğulamaq lazımdır. Şəhər əhalisinin ciddi narazılığına səbəb olan bəzi strukturlarda, eləcə də məktəblərdə, uşaq bağçalarında tüğyan edən rüşvət və yeyinti hallarının aradan qaldırılması istiqamətində ciddi addımlar atılıb. Ancaq təəssüflər olsun ki, Sumqayıt səhiyyə sistemində, xəstəxanalarda, xüsusilə doğum evlərində rüşvətxorluq hallarına hələ də rast gəlinir. Lakin aparılan işlərin uğurlu nəticələri fonunda ümid etmək mümkündür ki, şəhər əhalisinin narazılığına zəmin yaradan bu tendensiya da yaxın vaxtlarda aradan qaldırılacaqdır.

Beləliklə,
Sumqayitfakt.az son 6 ay ərzində şəhərdə görülən və həyata keçirilməsi nəzərdə tutulan işlərin qısa statistikasını təqdim edir:

Şəhərin giriş yolu genişləndirilir
Zakir Fərəcovun Sumqayıtda 6 ayı

Zakir Fərəcovun Sumqayıtda 6 ayı

Hazırda şəhərin müxtəlif ərazilərində aparılan tikinti-quruculuq işlərinin şahidi olmaq olar. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra ilk verdiyi göstərişlərdən biri də Sumqayıtın əsas giriş yolunun genişləndirilməsi ilə bağlı oldu. Hazırda Sülh küçəsinin Bakı-Quba yolundan Koroğlu küçəsinə qədər olan 4,0 km-lik hissəsi hər tərəfə 10 metr məsafədə genişləndirilməsi işləri aparılır.

Həmçinin yolun işıqlandırılması üçün yeni işıqlandırma, yağıs sularının qəbulu edilməsi məqsədilə su, kanalizasiya və kommunikasiya sistemi quraşdırılacaqdır, yolun hər iki tərəfində geniş yaşıllıq zolağı yaratmaqla minlərlə həmişəyaşıl ağac, kollar və güllərin əkilməsi, piyada yolları və keçidlərin salınması nəzərdə tutulmuşdur.Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 kvadrat metr olacaq. Layihənin səki örtüyü isə 6840 kvadrat metr olacaq.

Müasir üslubda Heydər Əliyev Mərkəzi tikilir

Zakir Fərəcovun Sumqayıtda 6 ayı


Sumqayıtda müasir üslubda yeni Heydər Əliyev Mərkəzi inşa olunur. Mərkəz Ümummilli Liderin adını daşıyan parkda tikilir. Mərkəzin binası mansard hissə daxil olmaqla 4 mərtəbədən ibarət olacaq.
Burada 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana da yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.

Yeni şahmat məktəbi tikilir
Zakir Fərəcovun Sumqayıtda 6 ayı

Heydər Əliyev parkında müasir standartlara cavab verəcək Şahmat Mərkəzinin tikintisi aparılır. İkimərtəbəli binada yarış zalı, 7 sinif otağı, kompyuter və kitabxana otağı, oyunların canlı izlənməsi və digər otaqlar yaradılacaq.

Yaşayış binalarının fasadlarının üzlənməsi işləri gedir

Son aylar Sumqayıt şəhərində bir çox sahədə irimiqyaslı abadlı-quruculuq işləri həyata keçirilir. Şəhərin bütün ərazilərində intensiv işlər sayəsində Sumqayıtın siması təmamilə dəyişməyə başlamışdır.Şəhərin əsas prospektleri olan Heydər Əliyev və Azərbaycan prospektlərində uzun illərdən bəri öz təmirsiz görünüşü ilə Şəhərin ümumi mənzərəsinə xələl gətirən binaların görkəminin dəyişdirilməsi ilə bağlı görülən işlər sakinlər tərəfindən də böyük razılıq və minnətdarllıqla qarşılanır. Hazırda Heydər Əliyev prospekti üzrə 4cü məhəllədə 12/21, 14/19, 15/18, 13/20, 2/45, 16-cı məhəllədə 12/35, 14/33 saylı 3 mərtəbəli, Azərbaycan prospekti üzrə 11/18, 13/16, 12/17, 10/19 saylı 3 mərtəbəli və 1-ci məhəllədə 4, 6 saylı 4 mərtəbəli binalar yüksək keyfiyyətli aqlay üzlüklərlə və şəhərin ümumi memarlıq üslubu gözlənilməklə üzlənir. Xüsusilə qeyd etmək istərdik ki, keçən əsrin ortalarında tikilən evlərin fasadında olan naxış və ornamentlər yenidən aqlay daşı üzərində oyularaq bərpa edilmişdir.Bu da şəhərimizin memarlıq üslubunun bərpası istiqamətində atılan növbəti addımdır.Ümumilikdə gülbah daşı ilə üzlənmiş fasadların ümumi sahəsi 12000 kv.m sahədə 13 yaşayış binası təşkil edir. Sevindirici haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, stilistikasına, dizayn və naxışlarına toxunulmur. Bundan əlavə 9 mərtəbəli binaların üz fasadlarının yenidən rənglənməsi və dam örtüklərinin fransız mansardları ilə yenidən qurulması işləri aparılır.
Bu prosses tam başa çatmasa da, indiyə qədər görülən işlər sayəsində Heydər Əliyev və Azərbaycan prospektləri tamamilə yeni və gözəl görünüş qazanmışdır.

Lyüdviqsafen parkında yenidənqurma işləri aparılır

Lyüdviqsafen parkında yenidənqurma işləri aparılır. Orada :

- yerə daş döşənmiş
-işıqlanma sistemi yeniləşdirilmiş
-müasir oturacaqlar quraşdırılmış
-yaşıl landşaf yaradılaraq ağaclar əkilmişdir. Suvarma sistemi yenisi ilə əvəz olunmuşdur.
- müasir iaşə obyektinin tikintisi aparılır.

Parkın ərazisi 1, 8 ha təşkil edir.



48 bağçanın dam örtüyü dəyişdirilib və istilik sistemləri quraşdırılıb

Bu müddətdə şəhər rəhbərliyinin uşaqlara olan diqqət və qayğısı nəticəsində artıq 56 uşaq bağçasından 48-nin dam örtüyü əsaslı təmir olunub və istilik sistemləri quraşdırılıb.18-ci mikrorayonda 35 yaşayış binasına dəmir konstruksiyalı üzlük vurulub.

Görülən digər işlər

Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Şəhərin 1-ci , 3-cü , 5-ci, 6-cı, 9-cu, 17 və 18-ci mikrorayonlarında , 19, 21, 45, 47 və 48 məhəllələrində daxili yollar, bağlar massivinə gedən 17-18 nömrəli marşrutun asfalt yolları əsaslı təmir olunmuş asfalt salınmışdır.
Ümumiyyətlə 300,0 min m2 dən çox asfalt örtüyü yeniləşdirilmişdir.
İstismara yararsız liftlərin dəyişdirilməsi istiqamətində işlər aparılır . Liftlər artıq gətirilib və 3 ay müddətində 140 lift yenisi ilə əvəz olunub və sınaqdan keçirilib.
Şəhərin Su Kanal İdarəsi tərəfindən 44 zirzəminin cari təmir işləri aparılır, Mənzil Təsərrüfat İdarəsi tərəfindən isə 94 zirzəmidən məişət tullantıları təmizlənmişdir.

Küçələrdə və Məhəllədaxili işıqlandırma işləri

Sumqayıt şəhərinin Natavan küçəsi, Nizami meydanında yeni işıq dirəkləri quraşdırılıb. 9,12, 18-ci mikrorayonlarda mikrorayondaxili küçələrin işıqlandırması bərpa olunub, 8, 10, 17-ci mikrorayonlarda, Kotec qəsəbəsi 5-ci paraleldə işıqlandırma sistemi yeniləri ilə əvəz edilib.
Sumqayıt şəhər İcra başçısı cənab Zakir Fərəcovun sərəncamına əsasən Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsindəki küçələrdən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Sumqayıtda ağacəkmə aksiyası keçirilib

Sumqayıtda ağacəkmə aksiyaları çərçivəsində 30 000-ə yaxın müxtəlif növ ağac əkilmişdir.


Yeni musiqi məktəbi tikilir

Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Sumqayıtda Səid Rüstəmov adına 3 saylı uşaq incəsənət məktəbi tikilir. Ümumi sahəsi 1540 kv.m olan məktəb 3 mərtəbədən ibarət olacaq.

Sumqayıt Dövlət Dram teatrında əsaslı təmir işləri aparılır

Zakir Fərəcovun Sumqayıtda 6 ayı

Sumqayıt Dövlət Dram teatrında əsaslı təmir işlərinə başlanılıb, teatrın dam örtüyü təzələnib, təmir-tikinti işləri yaradıcılıq prosesinə mane olmadan aparılır.

Sumqayıtın dənizkənarı bulvarı yenilənir

Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Sumqayıt şəhərində dəniz kənarında yerləşən Nəsimi parkını bundan sonra Bakı bulvarına rəqib saymaq olacaq. Yenidən qurulacaq parkdakı yaşıllıq və gözəllik bura gələnlərin istirahətinə rəng qatacaq. Çünki Sumqayıtda möhtəşəm dənizkənarı bulvar salınır. Dövlətimizin başçısı Sumqayıtın inkişafını bir an belə olsa da unutmur. Məhz bunun nəticəsidir ki bu gün Sumqayıt göz önündə daha da gəncləşir, gözəlləşir. Sosial infrastruktur yenilənir, qocaman Xəzərin aynasına bənzər bu müasir şəhərdə sürətli inkişaf programları həyata keçirilir, həyat daha da firəvanlaşır. Prezident İlham Əliyev gənclər şəhərinə səfəri zamanı vurğulamışdır ki, Sumqayıt şəhərində mütləq bulvar olmalıdır. Bulvar Bakı bulvarının standartlarına tam uyğun olmalıdır. Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun Sumqayıta yeni təyinatından sonra Xəzərin qoynunda daha böyük bir meydan tikilir.

Qeyd edək ki, ötən illərdə təmirdən çıxan parkda abadlıq işləri heç də düzgün aparılmadığından istirahət məkanının bir hissəsi bərbad vəziyyətdədir. Sumqayıtda mövcud olan Nəsimi parkı ölkənin demək olar ki, ən böyük parklardan biridir. Yeni qurulmaqda olan bulvarın birbaşa çimərliyə çıxması da parkı Bakı bulvarından fərqləndirir. Yenicə təmirə bağlanmış və Nəsimi parkı ilə birlikdə olmaqla 106 hektar ərazidə uzunluğu 4,2 kmolacaq yeni bulvarda tikinti işləri aparılır. Yeni bulvar və çimərlik ərazisi təqribən 20-22 hektar sahəni əhatə edəcək.
Gənclər şəhəri üçün böyük əhəmiyyət kəsb edən bulvar ərazisi daha geniş olacaq. Bulvar ərazisində iş hazırda sürətlə aparılır, çoxlu sayda texnika və canlı qüvvə cəlb olunub. Ərazidə dənizə qarşı hündürlüyü 1 metr 60 santimetr, uzunluğu isə 3700 metr olan istinad divarı tikilir. Hər 100 metrdən bir çimərliyə ikitərəfli pilləkənlər qoyulacaq. Abadlaşacaq park və salınacaq bulvar yaşıllıqlarla yanaşı, gənclərin də ən çox üz tutduğu məkanlardan biri olacaq. Burada müasir tipli otellər, ticarət mərkəzi, uşaqlar üçün əyləncə məkanları, kafe, restoran və çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulur. Yeni salınan dənizkənarı bulvarın artıq layihəsi də hazırdır. Bundan başqa görülən işlərlə paralel olaraq Sumqayıt şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcovun göstərişinə əsasən həmin əraziyə yeni su xəttləri və kanalizasiya sistemi çəkiləcək. Nəsimi adına mədəniyət və istirahət parkında aparılan abadlıq və quruculuq işləri və yeni bulvarın yaradılması kimi işlərin bir il müddətində həyata keçirilməsi nəzərdə tutulub.
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı
Zakir Fərəcovun Sumqayıtda 6 ayı


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər