Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Ən çox oxunanlar
Sorğu

Abel Məhərrəmov özünü necə yandırdı – prezident rektoru bu səbəbdən qovdu? / Sensasiya

Baxılıb: 397     Tarix: 15-11-2018 20:52   


Noyabrın 3-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə başda olmaqla geniş tərkibli Azərbaycan nümayəndə heyəti xüsusi reyslə İspaniyanın paytaxtı Madrid şəhərinə yola düşüb.

Sumqayitfakt.Az bildirir ki, musavat.com -a verilən məlumata görə, məqsəd bu ölkədə dini tolerantlıq mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək olub. Nümayəndə heyətinin tərkibində olan və adının çəkilməsini istəməyən şəxslərdən birinin verdiyi məlumata görə, səfər başlanğıcdan sona qədər “maraqlı macəralar”la zəngin olub.

Əvvəlcə, Airbus-319A təyyarəsi ilə uçmağa hazırlaşan nümayəndə heyəti öz yerini tutduqdan sonra təyyarə 2 saata qədər havaya qalxa bilməyib. Buna səbəb isə sərnişinlərdən birinin – nümayəndə heyətinin tərkibində yer alan BDU-nun rektoru, akademik Abel Məhərrəmovun 2 tonluq baqajı olub. Səfər iştirakçıları noyabrın 10-da Madriddən qayıdanda da eyni hadisə ilə üzləşməyə məcbur olublar. Yalnız A.Məhərrrəmova və onun ölkəmizin İspaniya Krallığındakı səfir işləyən oğluna məxsus 2 tona qədər yük boşaldıldıqdan sonra təyyarənin uçuşuna icazə verilib.

Sual oluna bilər ki, bir nəfər bu qədər yüklə niyə səfərə çıxır. Mənbəmizin məlumatına görə, haqqında danışdığımız yük adi yol çemodanları yox, hörmətli akademikin və onun səfir oğlunun şərab biznesinə aid çəlləklər imiş. Sən demə, şərab dolu çəlləklər kontrabanda yolu ilə Azərbaycandan İspaniyaya aparılır və orada şüşələrə doldurularaq qeyri-qanuni şəkildə geri qaytarılır. Sonra isə ispan şərabı adı ilə A.Məhərrəmova məxsus şadlıq evlərində, restoranlarda və digər ticarət nöqtələrində satılır.

Lakin A. Məhərrəmovu “yandıran” səbəb onun diribaş biznesmen olması, hörmətli şeyxin təyyarəsini özünün yükdaşıma nəqliyyat vasitəsi hesab etməsi yox, Madridin “Eurostar Madrid” otelinin restoranında adını çəkmək istəmədiyimiz millət vəkillərindən biri ilə yeyib-içdiyi vaxt saldığı dava-dalaşdır. Əldə etdiyimiz məlumata görə, gətirdiyi şərablardan və cürbəcür ispan içkilərindən qəbul etdikdən sonra hörmətli akademik bəziləri ilə “haqq-hesab çürütmək” fikrinə düşüb. “Haqq-hesab” o qədər səs-küylü və aqressiv olub ki, nəinki restoran və oteldəkilər, hətta ətraf məhəllələrdə yaşayan sakinlər də narahat olublar. Yalnız ispan polisi işə qarışdıqdan sonra dava-dalaş dayanıb və bardakı hörmətli həmvətənlərimiz dağılışıblar.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər