Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu

Sumqayıtda "Real" Tibb Mərkəzində 3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Baxılıb: 3142     Tarix: 13-11-2018 16:13   
Sumqayıtda "Real" Tibb Mərkəzində 3 yaşlı Arzunun ölümündə təqsirləndirilən həkimlə bağlı qərar verildi

Sumqayıt Apellyasiya Məhkəməsində 3 yaşlı uşağın ölümü ilə bağlı Sumqayıt şəhər məhkəməsinin qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Sumqayitfakt.Az bildirir ki, bu barədə vəkil Əli Hüseynov məlumat verib.

Vəkil bildirib ki, prosesdə şikayət araşdırılıb və iş üzrə təqsirləndirilən, "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərovun günahı sübuta yetirilməyib. Məhkəmə Sumqayıt şəhər məhkəməsinin çıxardığı bəraət hökmünü qüvvədə saxlayıb.

İttihama görə, Sumqayıt şəhər sakini, 2014-cü il təvəllüdlü Qurbanlı Arzu Sənan qızı 2016-cı il iyunun 16-da günorta saatlarında Sumqayıt şəhərindəki "Real" Tibb Mərkəzində boğazında damaq badamcıqlarının (qlanda) iltihabından əməliyyat olunub. Həmin gün gecə saatlarında uşağın vəziyyəti pisləşib və o dünyasını dəyişib. Meyit ekspertizaya göndəriləndən sonra uşağın boğulma nəticəsində dünyasını dəyişdiyi müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) və 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə-hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanıb və "Real" Tibb Mərkəzinin həkim-anestezioloqu İsmayıl Qəmbərov təqsirləndirilən şəxs qismində cəlb edilib.


Xatırladaq ki, İ.Qəmbərov barəsində həbs qətimkan tədbiri seçilməyib.


Sumqayıt şəhər məhkəməsində iş araşdırılsa da, İ. Qəmbərovun hadisədə günahı sübuta yetirilmədiyi üçün ona bəraət hökmü çıxarılıb. Məhkəmə həmçinin işi araşdıran müstəntiq barəsində qərardad çıxarıb.

Hökmlə razılaşmayan zərərçəkmiş tərəf və Sumqayıt Şəhər Prokurorluğu hökmdən apellyasiya şikayəti vermişdi.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər