Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Ən çox oxunanlar
Sorğu

Sumqayıtda məktəblilər arasında test müsabiqəsi keçirilib - FOTOLAR

Baxılıb: 356     Tarix: 06-11-2018 19:00   
Sumqayıtda məktəblilər arasında test müsabiqəsi keçirilib - FOTOLAR


Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi, Təhsil şöbəsi və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının birgə təşkilatçılığı ilə Partiyanın inzibati binasında “9 noyabr – Dövlət Bayrağı və 12 noyabr–Konstitusiya günü”nə həsr edilmiş test müsabiqəsi keçirilmişdir.

Sumqayitfakt.Az xəbər verir ki, bilik yarışında çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının sədr müavini Vəzirxan Ənsərov, Baş İdarənin Təşkilatı iş və təsərrüfat sektorunun müdiri Rüfət Mahmudzadə, Təhsil şöbəsinin Metodiki kabinetinin direktoru Gülbahar Haqverdiyeva, Abşeron rayon Təhsil şöbəsinin metodisti Könül Nəcəfova, Qubadlı rayon Təhsil şöbəsinin Metodiki kabinetin direktoru Araz Abbasov iştirakçıları salamlayaraq, Dövlət Bayrağı və Konstitusiyamızın yaranma tarixindən danışmış, qarşıdan gələn hər iki əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmişlər. Bildirildi ki, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələri icra etmək, məktəblilər arasında dövlət rəmzlərini təbliğ etmək, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işini gücləndirmək, onların hüquqi maarifləndirilməsi, intellektual səviyyəsini, dünya görüşünü, zehni inkişafını stimullaşdırmaq, gənclər arasında elmin nüfuzunu artırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir.

Müsabiqədə Sumqayıt şəhərindən, Qubadlı və Abşeron rayonlarından 100-ə yaxın orta ümumtəhsil məktəbin IX-XI sinif şagirdləri öz bilik və bacarıqlarını sınamışdır. Gərgin şəraitdə keçən bilik yarışının sonunda IX siniflər arasında I yerə Sumqayıt şəhər 6 saylı tam orta məktəbin şagirdi Qasımova Kifayət, II yerə Sumqayıt şəhər TET Gimnaziyanın şagirdi Pənahlı Rüstəm, III yerə Sumqayıt şəhər 19 saylı tam orta məktəbin şagirdi Mirzəliyeva Nərmin, X siniflər arasında I yerə Sumqayıt şəhər 39 saylı tam orta məktəbin şagirdi Ələkbərov Səyyad, II yerə Sumqayıt şəhər 9 saylı tam orta məktəbin şagirdi Aslanova Xanımqız, III yerə Ceyranbatan qəsəbəsi 2 saylı tam orta məktəbin şagirdi Bağırov Abbas, XI siniflər arasında I yerə Sumqayıt şəhər 10 saylı tam orta məktəbin şagirdi Paşazadə Zinyət, II yerə Qubadlı rayon İşıqlı kənd orta məktəbin şagirdi Məmmədzadə Şükufə, III yerə Qubadlı rayon Qaralar kənd orta məktəbin şagirdi Məmmədzadə Dəyanət layiq görülmüşlər. Qaliblərə Baş İdarənin fəxri fərman və hədiyyələri, həmçinin hər bir iştirakçıya Konstitusiya kitabı təqdim edilmişdir.













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər