Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Sorğu

"Bir dünya Sevinc"-Sumqayıtda şair Sevinc Qəribin oxucularla görüşü keçirilib

Baxılıb: 380     Tarix: 07-10-2018 21:03   
"Bir dünya Sevinc"-Sumqayıtda şair Sevinc Qəribin oxucularla görüşü keçirilib
Şair Sevinc Qəribin oxucularla görüşü keçirildi

Sumqayitfakt.Az xəbər verir ki, ”Dəlidağ” Ədəbi Birliyinin təşəbbüsü, M.Ə Rəsulzadə adına Kitabxananın təşkilatçılığı ilə keçirilən “Bir dünya Sevinc” adlı tədbirdə şairin həmkarları, yaxın dostları, iş yoldaşları və oxucuları iştirak edib. Tədbir dövlət himnimizin səslənməsi ilə başladı. Ədəbi gecəni giriş sözü ilə kitabxana müdiri Ofelya Qafarova açaraq qonaqları salamladı, tədbir haqqında qısa arayış etdi və sözü “Dəlidağ” Ədəbi Birliyinin sədri, şair, jurnalist Namiq Dəlidağlıya verdi. N.Dəlidağlı şairin yaradıcılığından və ümumən ədəbi fəaliyyətindən geniş danışdı. Sonra şairi onun üçün ayrılmış kürsüyə dəvət etdi. S.Qərib gələn qonaqları şeirlə salamladı. Tədbirin aparıcılığını öz üzərinə götürən müəllif bildirdi ki, görüş onun adıyla bağlı olsa da hər bir iştirakçı söz demək imkanına malikdir. Tədbirdə iştirak edən şairlərdən Məryəm Aslanqızı, Xatirə Fərəcli, Rafiq Oday, Asif Asiman, İlqar Türkoğlu, Lilpar Cəmşidqızı, Elli Atayurd, Mayil Məmmədli, Ədalət İzzətoğlu, jurnalist Aygün Hacıyeva, Sumqayitfakt.az saytının əməkdaşı Natiq İsmayıloğlu, orta məktəb müəllimləri Sevinc Alıyeva, Vüqar Xəyal və digər qonaqlar şairin yaradıcılığından danışıb, ona uğurlar arzulayaraq şeirlərindən nümunələr söylədilər. Saz ifaçısı, şair Ruhiyyə Qarabağlı öz ifaları ilə tədbirə rəng qatdı. Şairin görüşünə gələn “Məşəl” Əlillər Cəmiyyətinin üzvləri, SDU-nun tələbələri, TET Gimnaziyanın, 15 saylı orta məktəin şagirdləri həzin musiqi fonunda müəllifin yaradıcılığından nümunələr səsləndirdilər. Tədbir boyunca S.Qərib iştirakçılara yeni şeirlərini oxudu. Səmimi, ürəkaçan və gözəl ab-havada keçən tədbirin sonunda müəllif “Dəlidağ” Ədəbi Birliyinə, M.Ə. Rəsulzadə adına kitabxana kollektivinə və bütün iştirakçılara təşəkkürünü bildirdi. Birlik sədri N.Dəlidağlı və kitabxana rəhbəri O.Qafarova da öz növbələrində hər kəsə təşəkkür ünvanlayaraq, şairə uğurlar arzuladılar.



















Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər