Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Gəncədə çempionu qohumuna görə güllələyiblər - TƏFƏRRÜAT

Baxılıb: 3483     Tarix: 24-02-2016 13:49   
Gəncədə çempionu qohumuna görə güllələyiblər

Sumqayitfakt.az xəbər verir ki, Gəncədə kikboksinq üzrə Azərbaycan çempionu Elmir Cəlilovun qətli ilə bağlı yeni detallar məlum olub. Güllələnən idmançının yaxınlarının verdiyi məlumata görə, məsələnin kökü Elmir Cəlilovun həyat yoldaşının xalası oğlunun xeyli müddət əvvəl maşın almasına gedib çıxır. O, avtomobil alıb, alverçiyə 500 manat borclu qalıb.

Pulunu ala bilməyən alverçi Elmir Cəlilovun qohumundan Gəncədə kriminalla bağlılığı olan şəxslərə şikayət edib. Onlar borclunu “Kəpəz” mehmanxanasının qarşısında görüşə çağırıblar. Elmir Cəlilov isə həmin vaxt dostları ilə çayxanada imiş. Həyat yoldaşının xalası oğlu ona zəng edərək, görüş yerinə gəlməsini və onu tək qoymamasını xahiş edib.

Elmir Cəlilov fevralın 20-si saat 23 radələrində “Kəpəz” mehmanxanasının qarşısını gəlib. Qarşı tərəfdən söhbətdə dörd nəfər iştirak edib. Mübahisə yaranıb, tərəflər arasında dava düşüb. Elmir Cəlilova gücü çatmayacağını görən 1984-cü il təvəllüdlü Anar Tağıyev maşınında gəzdirdiyi tüfəngdən atəş açıb və ikiqat Azərbaycan çempionunu qətlə yetirib.

Gəncədəki mənbəmizin verdiyi məlumata görə, Anar Tağıyev şəhərdə kriminal əlaqələri ilə tanınır. Onun atası Şahin Tağıyev Rusiyada yaşayır. Onunda da kriminal bağlantıları var. Musavat.com


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər