Xəbər xətti
18-10-2021
17-10-2021
16-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb

Baxılıb: 4654     Tarix: 22-02-2016 20:20   

Sumqayıt Kimya Sənaye Parkının rezidentlərinin sayı 5-ə çatıb

Sumqayitfakt.az

“Bakı Əlvan Metallar və Ferroərintilər” Şirkətinə Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bununla da, sənaye parkının rezidentlərinin sayı 5-ə çatıb.

“Bakı Əlvan Metallar və Ferroərintilər” Şirkəti sənaye parkının ərazisində ferrosilisium (FeSi) və ferrosilikomanqan (FeSiMn) istehsalını həyata keçirəcək. Layihə çərçivəsində ildə 20 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal edən zavod inşa ediləcək. Müasir avadanlıqlar və texnologiyalarla təchiz ediləcək zavodda 150 nəfərə yaxın insanın işlə təmin olunması nəzərdə tutulur. Zavodda istehsal olunacaq məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidentləri 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, həmçinin idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən azad olunurlar.

Qeyri-neft sektorunun ən iri layihələrindən olan Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətinin təşkili və parka investorların cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər