Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

SON ZƏNG- yeni həyata başlanğıc... - FOTOLAR

Baxılıb: 376     Tarix: 14-06-2018 17:30   
SON ZƏNG- yeni həyata başlanğıc...
Sumqayitfakt.az xəbər verir ki, Sumqayıtda Yusif Məmmədəliyev adına 31 saylı tam orta məktəbdə son zənglə bağlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə məktəbin direktoru Xanım Əhmədova müəllimə açaraq əvvəlcə 11-ciləri təbrik etdi. Qonaqları təqdim etdikdən sonra tədbiri aparmaq üçün sözü Sevinc Aşurovaya və Nurlan Şabanova verdi. Aparıcılar son zəng mərasimini açıq elan etdilər.

11-ci siniflər musiqi sədaları altında öz yerlərini tutdular.

Üçrəngli bayrağımızın fonunda dövlət himnimiz səsləndi. Aparıcılar müəllimləri,qonaqları, valideynləri və məzunları salamladılar.
1a, 1b, 1c,1d sinfinin körpə fidanları öz mahnıları ilə məzunları təbrik etdilər.

Tədbirdə bir neçə müəllim və şagird məktəbin direktoru tərəfindən fəxri fərmanla təltif edildi.Sonra Xanım müəllimə məzunlara ürək sözlərini çatdıraraq qeyd etdi ki, "Bu gün, 14 iyun "SON ZƏNG" günüdür... bəlkə də hər biriniz:"bircə məktəbi qurtarsaydım canım qutarardı..." ifadəsini dəfələrlə işlətmisiz. Budur məktəbi qurtarmaq anı yetişir, amma heç kim qurtarmasını istəmir... Hər kəs kövrəlir bu gün, istər müəllimlər, istərsə də şagirdlər... Uşaqlıq anları yadımıza düşür, etdiyimiz dəcəlliklər, 2 alarkən ağladığımız anlar.. Sanki bu gün, hər kəs sırf yenidən məktəbə qayıtmaq üçün 2 almağı belə gözə alır... Təki o günləri bir daha yaşasınlar deyə... Lakin biz bunu məktəbdə oxuyarkən anlamırıq, yalnız o günü gördükdə hər şey bizə məlum olur...mahnının sözlərində deyildiyi kimi: "məktəb illəri, ömrümün ən şirin, duyğulu, qayğısız günləri..."...

Məktəbi bitirmək də asan iş deyil... Onun üçün də bütün məzunları təbrik edirəm, qoy bu "SON ZƏNG" müstəqil həyatımızda olan uğurların başlanğıcı olsun... Hələ məktəbli olanlara isə bunu demək istəyirəm ki, bu gözəl illərimizin qiymətini bilək! Bu anlar bir daha geri qayıtmayacaq...

Şagird həyatından sonra tələbə həyatı yaşamaq diləyi ilə sizdən ayrılıram..."

Nəhayət, son an gəlib çatdı. Məktəbin bilik simvolu sayılan bilik açarını 11-lər 1-lərə Siyarə-Tofiq-1ç, Rəsul-Ayan-1a təqdim etdilər.

Natiq İSMAYILOĞLU












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər