Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi- VİDEO/ FOTOLAR

Baxılıb: 2200     Tarix: 13-06-2018 18:35   
Sumqayıtda "İdrak" liseyinin 10 illiyi qeyd edildi-  VİDEO/ FOTOLAR


Sumqayitfakt.Az xəbər verir ki, Sumqayıtda "İdrak" liseyinin 10 illiyinə həsr olunmuş "İDRAK- 10 ilin işığında" adlı tədbir keçirilib.
Sumqayıt Dövlət Dram Teatrında təşkil olunmuş tədbirdə əvvəlcə liseyin inkişaf və fəaliyyətini əks etdirən video-çarx təqdim olundu. Tədbiri giriş sözü ilə liseyin yaradıcısı və təsisçisi, Pedaqoji elmlər doktoru, professor Mönsüm Alışov açdı. Qonaqları salamladı, liseyin təhsilə verdiyi töhfələrdən, qazandığı uğurlardan, iş prinsiplərindən bəhs edən geniş məruzə etdi. Sonra natiq sözü Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədova verdi. T.Səmədov çıxış edərək şəhər rəhbərliyi adından liseyin müəllim və şagird kollektivini, bütün işçi heyəti təbrik etdi . Liseyin gələcəkdə daha böyük uğurlar, nailiyyətlər qazanmasını arzuladı və icra başçısı Zakir Fərəcovun adından liseyə hədiyyə təqdim etdi. Daha sonra söz Təhsil Nazirliyinin nümayəndəsi Əsgər Quliyevə verildi. Əsgər müəllim "İdrak" liseyinin təhsildəki yeniliklərindən və yalnız bu təhsil müəssisəsində tətbiq olunan "Media dərslər" innovativ layihəsinin uğurlarından danışdı. Liseyin hər il yüz faizllik nəticə göstərərək özünü doğrultduğunu vurğuladı. Tədbirdə liseyin bir qrup müəllim heyəti Təhsil Nazirliyinin və Sumqayıt şəhər İcra Hakimiyyətinin təsis etdiyi döş nişanı, diplom və fəxri fərmanlarla təltif olundu. Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam etdi. Bir sıra tanınmış müğənnilərlə yanaşı liseyin şagirdlərinin də maraqlı çıxışları alqışlarla qarşılandı.

Sevinc Qərib














Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər