Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    İyul 2018    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Sorğu

Möcüzə gözləyən gəncin kitabının təqdimatı oldu - FOTO

Baxılıb: 4215     Tarix: 06-06-2018 15:03   

Azərbaycan ədəbiyyatında şeir bədii təfəkkürün obrazlı, emosional ifadə forması olaraq ritmə, ahəngə tabe etdirilmiş, rəngarəng təsvirlərdən ibarət, ifadəli məzmuna malik, insanı və ya insan təbiətini dəyişməyə qadır olan söz sənətidir.
Şeir- SEHR, şair SEHRBAZdır. Müəllif daha çox axıcı, vəznli, qafiyəli, vurğulu sözlərlə ifadə etdiyi düşüncə və yaşam tərzi ilə eyni taleyi bölüşür. Təbii ki, təqdim olunan məhsulun keyfiyyəti ilə bəlli olan müəllif və özünəməxsus ovqat təzələmək istəyən oxucu var. Müəllifin oxucunu nəzərə almadan özünü düşünməsi yasaq. Söz sahibinin kimliyini, məlum oxucusunun dincliyini təmin edir. Bu da o
deməkdir ki, sözlə oynamaq odla oynamaq qədər çətin, məharət və məsuliyət tələb edən işdir. Hansı ki, sözə münasibət təbii olmadıqca adamların hissləri ilə oynamaq günah, israfçılıq tərbiyəsizlikdir.
Tərbiyə genetik fonda hər bir fərdin danışığı, davranışı və gülüşündə belə bəlli poza verir. O cümlədən özün haqqında güzgüdə göründüyündən artıq cıza biləcəyin bir surət yoxdur. Mümkün və məsləhət olanı Tanrı cızılmışdır ki, hikmətini anlamaq və dəyərləndirmək bizlərə düşər. Həqiqi sənət ilahi nurla barışan adamlara məxsus. Söz sahibi olmaq odla oynamaq qədər təhlükəli, su ilə yuyunmaq qədər məzəlidir. Çətin və şərəfli işdir. Şeir yazmağa görə də kimsəni qınamaq olmaz.

Möcüzə gözləyən gəncin kitabının  təqdimatı oldu


Əslində poetik dildə danışmaq həyat eşqi coşan hər bir oxucunun arzusu, yenilməz cəhdidir. Kitab ilk olaraq zövq formalaşdırır. Düşüncələrə aydınlıq gətirməklə yanaşı adamlara özünü ifadə etmək imkanı verir. Özünü tapan hər bir oxucu xoşbəxtdir... "- qeydi mənim Vüsal Yurdoğlunun ilk şeirlər kitabına yazılmış olduğum ön söz əvəzi "XEYİR-DUA"dan götürülmüşdür. Mən onu əvvəl bir yoldaş, sonra da poetik dildə danışmağa çalışan və ürəyi sevgilə döyünən kiçik bir qardaş kimi sevdim. Görüşlərimizdə ədəbi əsərlərin tənqid və təhlilinə maraq göstərib, düşüncələrini ifadə etməyə çalışırdı. Hərdən də yazdıqlarını dilə gətirib, məsləhət və tövsiyələrimi dinlərdi. Beləcə imkanlarımızın reallaşması və güvənli olması üçün çalışdıq. Bir gün də kitab çap etdirmək niyyətində olduğunu bildirdi. Təbii ki, onun bu istəyini alqışladım. Bəlkə də başqa bir vaxt "tələsmə!"-deyərdim. Amma ömrünün yetginlik dövrünə qədəm qoymuş gəncin məsləhətdən daha çox
diqqətə, oxucu auditoriyasına və reallıqda özünü görmək ehtiyacının fərqinə vardım.
Az bir vaxtda kitaba düşəcək şeirlər seçilib, toplandı. İmkanlarımız daxilində fərqli dizayna malik, gənc müəllifi fərəhləndirəcək "Mən möcüzə gözləyirəm" kitabının çapına nail olduq. Hələ bu da azmış kimi, onu sevən oxucu, hərbiçi və yazar dostlarının da iştirakı ilə yeni, xoşagələn formatda təqdimatının da təşkilinə nail olduq. Beləcə gənc qələm sahibi Vüsal Yurdoğlunun "Mən möcüzə gözləyirəm" kitabı ilə oxucuların görüşünə gəldi. Üzündə gülüş, içində fərəh var idi. Fərəhindən kitab götürüb, müəllifdən imza almaq
istəyənlərin arasında qardaşı Turalı da görmək mənə xoş idi...

Təbii ki, kitabının ərsəyə gəlməsində mənə yaxından yardımçı olmuş, kitabın redaktoru Namiq Dəlidağlıya və "Azəri" Poliqrafiya Nəşiriyyatına, o cümlədən tədbirin təşkilində yardımçı olan "Azərkitab" mərkəzinə, şəxsən peşəkarlıq məharətilə xoş günümüzü fotoyaddaşa köçürən Nofel Umidə, Ətayə Odər Əkbərsoy, Hidayət Sönmez - Hajiya Gəlişilə məslisimizi dəyərləndirən iştirakçılara təşəkkür edirəm.
Gözün aydın, yolun açıq olsun, GƏNC DOST.

Akəm Xaqan, şair, tənqidçi
(tədbirin aparıcı və ön söz müəllifi)













Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər