"Bu, həm Dədə Şəmşirin, həm də Ağdaban şəhidlərinin ruhuna ehtiram olar"- Rafiq Oday » Sumqayitfakt.az
Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

"Bu, həm Dədə Şəmşirin, həm də Ağdaban şəhidlərinin ruhuna ehtiram olar"- Rafiq Oday

Baxılıb: 2172     Tarix: 14-05-2018 17:07   


Bu günlərdə Sumqayıtda M.Ə.Rəsulzadə adına kitabxana filialda "DƏLİDAĞ" Ədəbi Birliyinin və M.Ə.Rəsulzadə adına kitabxananın təşkilatçılığı ilə Dədə Şəmşirin 125 illik yubileyinə həsr olunmuş "Şəmşirəm, nə gözəl diyar oğluyam" adlı gecə keçirildi.

Gecədə çıxış edən Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, əməkdar jurnalist, şair Rafiq Oday Dədə Şəmşirin həyat və yaradıcılığından bəhs etməklə yanaşı ağrılı-acılı, göynək məqamlara da toxundu. 1992-ci ilin aprelində baş vermiş Ağdaban faciəsi və faciənin fəsadları haqqında danışan R.Odayın gələcək üçün irəli sürdüyü təklif maraqla və alqışlarla qarşılandı.
Sumqayitfakt.Az bunu nəzərə alıb həmin təklif-çıxışı diqqətinizə çatdırır:

"1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Ermənistan silahlı birləşmələri Dağlıq Qarabağdakı separatçı erməni quldur dəstələrinin köməyilə Kəlbəcərin Ağdaban kəndinə hücum etdilər. Bu faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilmişdir. Dədə Şəmşirin nəslindən olan 15 nəfər sakin də bu faciənin qurbanı olmuşdur. Erməni quldurları Dədə Şəmşirin evini yandırmaqla, bu nəhəng söz sərrafının bədii irsini, bütün külliyatını da məhv etmişlər. Ümumilikdə isə Qarabağ savaşında bu nəsildən şəhid olanların sayı, səhv etmirəmsə, 23 nəfərdir. Mən təklif edərdim ki, torpaqlarımız işğaldan azad olunduqdan sonra Kəlbəcərdə, elə Ağdaban kəndinin özündəcə möhtəşəm abidə kompleksi ucaldılsın. Dədə Şəmşir hündür bir postament üzərində əlində saz igidləri döyüşə səsləyən vəziyyətdə təsvir olunsun, aşağıda isə bu nəslin şəhid övladları, ümumilikdə isə Ağdaban faciəsinin qurbanları təsvir olunsunlar. Bu həm Dədə Şəmşirin ruhuna və Ağdaban şəhidlərinin xatirəsinə ucaldılmış bir abidə kompleksi olsun, həm də talan olunmuş mədəniyyət abidələrimizə ucaldılmış bir abidə rolunu oynasın."


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər