Xəbər xətti

22-09-2017

21-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Azərbaycanda 48 yaşlı kişi tələbə oldu: qızı ilə hazırlaşıb... (VİDEO)

Baxılıb: 436     Tarix: 12-09-2017 10:29   


Xəbər verdiyimiz kimi, Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazanıb.

Sumqayitfakt.Az ARB 24-ə istinadən xəbər verir ki, cari tədris ilinin ən yaşlı abuturiyyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub.

1989-cu ildə o vaxt ki, Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də bu cəhdləri uğursuz olub. Buna baxmadan o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub.

Əfsəl Qazıyev bildirib ki, ali məktəbə sənəd verərkən bunu yalnız ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abuturiyyent, 2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı, Sarıköynəklə birlikdə hazırlaşıb.

Əfsəl Qazıyev, Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək.








loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər