Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Lütfi Zadənin cənazəsi 10 gündən sonra Bakıya gətiriləcək

Baxılıb: 447     Tarix: 08-09-2017 09:52   
Dünyanın ən nəhəng azərbaycanlı aliminin Azərbaycanda dəfn edilməsi arzusu yerinə yetiriləcək

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxtı ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib.

Bu barədə məlumatı AZƏRTAC-a Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib.

Ş.Şahbazova deyib ki, hələ avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz ona vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitablarının professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.

Ş.Şahbazova deyib ki, təxminən bir həftə ərzində sənədləşmə işləri aparılacaq. 10 gündən sonra onun cənazəsi Azərbaycana gətiriləcək:

“Son nəfəsinə qədər Lütfi Zadənin yanında olmuşam. Oğlu Norman atası dünyasını dəyişəndə onun yanında deyildi. Lütfi Zadə son nəfəsində məndən xahiş etdi ki, onun işlərinə həsr olunmuş ”Softcommuting" üzrə Ümumdünya konfransını iki ildən bir təşkil edim. Sonra dedi ki, mənim bir layihəmi bitir və məqalə şəklində dərc etdir. Bundan başqa, elmi məqalələrinin Azərbaycanda tətbiq olunması ilə bağlı işlər görməyimi tapşırdı. Mən də ona söz verdim. Xahiş etdi ki, onu müsəlman qaydası ilə dəfn edək. Berkli Universitetində Lütfi Zadənin xatirəsi yad ediləcək. 10 gündən sonra isə onun nəşini Azərbaycana gətirəcəyik. Bütün bu 2 ayı mən onun yanında olmuşam, bir övlad kimi qayğı göstərmişəm. O, sentyabrın 5-nə kimi özünü yaxşı hiss edirdi, hətta bizim onunla birgə layihəmizin üzərində mənə məsləhətlər verirdi, bəzi vacib e-mailləri cavablandırmaq üçün mənə diktə edirdi. Ancaq sentyabrın 5-də Lütfi Zadə danışmadı və bu gün rahat, ağrısız dünyasını dəyişdi. Lütfi məndən xahiş etdi ki, müsəlman qaydası ilə, meyit namazı qılınmaqla basdırılsın".

Lütfi Zadənin xalası qızı, xalq artisti Cənnət Səlimova isə “qafqazinfo”ya açıqlamasında bildirib ki, dünya şöhrətli alim sağlığında Bakıda dəfn olunmağı arzu edib: “İstəyirdi ki, Bakıda dəfn olunsun. Oğlu da deyir ki, atam necə istəyibsə, elə də olacaq”.

Deputat Fazil Mustafa Lütfi Zadənin Bakıda Fəxri Xiyabanda dəfn olunmasının arzuedilən olduğunu deyib: “Azərbaycan üçün Lütfi Zadənin vəsiyyətini böyük prosedurla həyata keçirmək vacibdir. Lütfi Zadəyə Fəxri Xiyabanda yer ayrılmalıdır. Həqiqətən də, Lütfi Zadə Azərbaycanın adını dünyada bir alim kimi qaldırıb. Vətənində dəfn olunması onun hüququdur”.

Lütfi Zadə soyadı ilə tanınan Lütfi Ələsgərzadə 1921-ci ildə Bakıda jurnalist-psixoloq ailəsində anadan olub. Bakıdakı 16 saylı məktəbə gedib və 4 il bu təhsil ocağında oxuyub. İyirminci illərdə Azərbaycanda ictimai-siyasi və iqtisadi vəziyyət gərgin olduğuna görə onların ailəsi 1931-ci ildə İrana köçmək məcburiyyətində qalıb. O, burada ingilis təmayüllü məktəbdə oxuyub, sonra Tehran Universitetinin elektrik mühəndisliyi fakültəsinə daxil olub. Lütfi 1942-ci ildə həmin universiteti bitirib, 1944-cü ildə ABŞ-a gedib. 1946-cı ildə Massaçusets Texnologiya İnstitutunu bitirib. L.Zadə 1949-cu ildə doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alır. Kolumbiya Universitetində 10 il işləyən alim əvvəlcə professor köməkçisi, 1957-ci ildə isə professor vəzifələrini tutur. 1950-ci ildə onun ayrı-ayrı jurnallarda kibernetikanın atası Norbert Vinerin proqnozlaşdırma nəzəriyyəsini inkişaf etdirən sanballı elmi əsərləri dərc olunur. Alimin 1952-ci ildə nəşr etdirdiyi elmi işi isə avtomatik idarəetmə sistemində çevirmə nəzəriyyəsinin əsasını qoyur.


1959-cu ildə L.Zadə ailəsi ilə birlikdə Berkli şəhərinə köçüb. Lütfi Zadə Berkli Universitetində elektrik mühəndisliyi üzrə şöbədə işləməyə başlayıb. 1965-ci ildə Lütfi Zadə tərəfindən tamamilə yeni, çox qiymətli qeyri-səlis məntiq nəzəriyyəsi yaradılıb. Bununla da dünya elm tarixində, kompüter sahəsində böyük kəşflər edilib.

Lütfi Zadə dünyanın 25 ölkəsinin nüfuzlu universitetlərinin fəxri doktoru adına layiq görülüb. O, həmçinin Milli Mühəndislik Akademiyasının, Koreya Elm və Texnoloji Akademiyasının, Bolqarıstan Elmlər Akademiyasının, Polşa Elmlər Akademiyasının, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri xarici akademiki seçilib.
O, bir çox orden və medallarla təltif olunub: İEEE Educational Medalı (1973), İEEE Centennial Medalı (1984); Honda Mükafatı (1989), Berkeley Citation (1991), İEEE Rişard Hamming Medalı (1992), Rufus Oldenburger Medalı (1993), İEEE Fəxri Medalı (1995), Bolzano Medalı (1997), Edvard Feigenbaum Medalı (1998), İEEE Milenium Medalı (2000), V.Kaufman Mükafatı və Gızıl Medalı (2004), Egleston Medalı (2007), Franklin Medalı (2009), “Dostluq” ordeni, Azərbaycan (2011).

Lütfi Zadənin doğma Bakıya ilk səfəri 1965-ci ildə Qara dənizdə Odessa-Batumi istiqamətində üzən “Admiral Naximov” teploxodunda avtomatik idarəetmə problemlərinə həsr olunmuş beynəlxalq elmi konfransdan sonra olub. 43 ildən sonra-2008-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəvəti ilə professor Lütfi Zadə “BakuTel” beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransında iştirak edib. Bu, onun Bakıya ikinci səfəri idi (2008-ci il noyabrın 8-10-da). Səfər zamanı prezident İlham Əliyev tərəfindən də qəbul edilmişdi.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2011-ci il tarixli sərəncamına əsasən elm və texnologiyaların inkişafına verdiyi töhfələrə və mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi görkəmli xidmətlərinə görə Lütfi Zadə “Dostluq” ordeni ilə təltif edilib.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər