Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Təhsil naziri əmr imzaladı: Sabahdan etibarən...

Baxılıb: 5107     Tarix: 04-09-2017 10:54   


Sabahdan Azərbaycanda təhsil işçilərinin sentyabr konfranslarının keçirilməsinə başlanacaq.

Sumqayitfakt.Az-ın apa-ya istinadən xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacaq.

Ümumi təhsil sistemində çalışan pedaqoji işçilərin rayon (şəhər) konfransları 5-12 sentyabr tarixlərində keçiriləcək. Konfranslar plenar və metodik bölmə iclaslarından ibarət olmaqla 2 gün ərzində təşkil ediləcək. Konfransların plenar iclaslarında “2016-2017-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusunda rayon (şəhər) təhsil şöbəsi (idarəsi) müdirlərinin məruzəsi dinlənilərək müzakirə olunacaq.

Rayon (şəhər) təhsil şöbələrinə (idarələri) tapşırılıb ki, plenar iclaslarda məktəb direktorlarının, seçmə yolla direktor müavinləri və qabaqcıl müəllimlərin, təhsildə xüsusi nailiyyətlərlə fərqlənmiş, qızıl və gümüş medalla təltif olunmuş, yüksək balla ali məktəblərə daxil olmuş məzunların, habelə aidiyyəti təşkilatların, eləcə də QHT-lərin nümayəndələrinin iştirakını təmin etsinlər, plenar və metodik bölmə iclaslarında irəli sürülmüş təklifləri ümumiləşdirib sentyabrın sonunadək Təhsil İnstitutuna göndərsinlər.

Metodik bölmə iclasları isə məktəb direktorları, təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar, fənlər üzrə metodbirləşmə rəhbərləri, məktəb kitabxanaçıları, praktik məktəb psixoloqları və uşaq birliyi təşkilatı rəhbərləri üçün təşkil ediləcək.







Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər