Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Marşrut avtobuslarının yalançı təqdimatı -SUMQAYITDA

Baxılıb: 1900     Tarix: 24-01-2016 23:37   
İki ay bundan öncə ictimaiyyətə nümayiş etdirilən avtobuslar yoxa çıxıb


Marşrut avtobuslarının yalançı təqdimatı

Sumqayitfakt.az

Son zamanlar Sumqayıtda rəsmi dairələr tərəfindən yayılan yalan məlumatlar, vətəndaşları şirin vədlərlə aldadıb yola vermək sanki “dəb” halını alıb. İddialarımızı əsaslandırmaq üçün son aylar və günlər sözügedən şəhərdə baş verən bir neçə xoşagəlməz olayı və mənzərəni misal kimi xatırlada bilərik.

Ötən ilin noyabr ayının ortalarında şəhərin baş meydanında, icra hakimiyyətinin inzibati binasının beş addımlığında 7 nömrəli marşrut üzrə işləyəcək Türkiyə istehsalı olan "Karsan Karatas" markalı 15 ədəd avtobus şəhər icra Hakimiyyəti başçısının müavini səviyyəsində ictimaiyyətə və mediya nümayəndələrinə nümayiş etdirildi. Orda bildirildi ki, təlabata uyğun olaraq, mərhələli şəkildə daha bir neçə avtobus ilin sonuna kimi gətiriləcək və yeni avtobuslar bütün göstəricilərinə görə müasir standartlara tam cavab verəcək. Xüsusi olaraq vurğulandı ki, 7 saylı marşrut üzrə işləyəcək avtobuslar sabahdan xəttə buraxılacaq.

O sabahdan artıq iki aydan çox vaxt keçib. Şəhər əhalisinə mədəni xidmət göstərəcək, günün tələblərinə cavab verən avtobuslardan xəbər - ətər yoxdur. Şəhər əhalisi bu dəfə də yalanın ictimai nümayişinin şahidi oldu...O vaxtdan tərifi xirtdəkdən olan avtobusları gördüm, deyən yoxdur.

Gileylərini Moderator.az-la bölüşən sumqayıtlıları bir sual düşündürür, bu müəmmalı təqdimatın və nümayişin səbəbi nə idi? Vətəndaşlara qarşı növbəti həqarətin və yalanın səbəbi nədir?

Onu da xatırladaq ki, həmin gün 18 ədəd "London taksisi" də orada nümayiş etdirildi. Sözügedən taksilərin sayının da yaxın vaxtlarda 70 ədədə çatdırılacağı (?) vurğulandı. Ancaq həmin taksilər də şəhərdə gözə çarpmır...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər