Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Oğru dəstəsinin başçısı polis çıxdı -BAKIDA

Baxılıb: 2598     Tarix: 24-01-2016 15:32   
Oğru dəstəsinin başçısı polis çıxdı
Sumqayitfakt.az

Abşeron rayonunda polis əməkdaşının başçılıq etdiyi oğru dəstəsi zərərsizləşdirilib.

Avtosfer.az-ın məlumatına görə, Abşeronda baş vermiş silsilə oğurluqlar barədə polisə məlumat daxil olduqdan sonra əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Təxminən 3 gün əvvəl isə oğurluqları törədən dəstə növbəti evi qarət etməyə gedərkən “iş başında» yaxalanıb. Məlum olub ki, dəstə üzvləri arasında polis əməkdaşı Sərxan Manafov da var. S.Manafov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin Diplomatik Korpusların Mühafizə Taborunun 2-ci bölüyünün əməkdaşıdır.

Təxminən 10 ilə yaxındır polis sistemində işləyən Sərxan Manafov öz tanışlarından ibarət 3 nəfərlik dəstə yaradıb və özü də dəstəyə başçılıq edib. O, qarət ediləcək evləri özü müəyyən edib dəstə üzvlərinə istiqamət verəndən sonra oğurluq planı həyata keçirilirmiş. Bu dəstə artıq 5 oğurluq hadisəsi törədib.

Sonuncu oğurluq hadisəsi də yanvarın 18-də Abşeron rayonunda Sərxan Manafovun müəyyən etdiyi evdən edilib. Lakin bu dəfə polis əməkdaşı həmin evdə təhlükəsizlik kamerası olduğunu bilməyib və oğru dəstəsi kameraya düşüb.

Abşeron rayon Polis İdarəsinin həyata keçirdiyi əməliyyat tədbərləri nəticəsində kamera görüntülərinə də baxış keçirilib və dəstə üzvləri yaxalanıb. Məlum olub ki, onlardan biri polis əməkdaşıdır. Artıq Sərxan Manafovun həbs olunaraq Kürdəxanı qəsəbəsindəki istintaq təcridxanasına göndərildiyi bildirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov bildirib ki, yanvarın 18-də Bakı şəhər sakinləri Sərxan Manafov və Kərim Süleymanov Abşeron rayonu, Xırdalan şəhər sakini Cabir Nəbiyevin evinə daxil olaraq ev sahibi və onun oğlunu döyərək evdən 650 manat pul və 17 min manat dəyərində qızıl-zinət əşyaları apardıqlarına görə tutulublar.

Hazırda Abşeron rayon Polis İdarəsində “quldurluq” maddəsi ilə cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir: “O ki qaldı Sərxan Manafovun polis əməkdaşı olmasına, o vaxtilə polisdə işləyib, sonradan işinin öhdəsindən gələ bilmədiyinə polis orqanlarından kənarlaşdırılıb. Hal-hazırda polis əməkdaşı deyil. Özü də polisdə sıravi işçi olub”


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər