Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Qayın 15 gün əvvəl ata olan yeznəsini öldürdü -BAKIDA

Baxılıb: 2639     Tarix: 21-01-2016 09:39   
Bakıda ağır qətl hadisəsi törədilib

Qayın 15 gün əvvəl ata olan yeznəsini öldürdü

Sumqayitfakt.az-ın Musavat.com-a istinadən verdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsində baş verib.

15 gün əvvəl ata olan 25 yaşlı Asif Tahir oğlu İsmayılov atası evində olan həyat yoldaşı və övladına baş çəkməyə gelib. Bu vaxt Asif İsmayılovla 20 yaşlı qaynı Ziya Dilən oğlu Əzizov arasında mübahisə düşüb. Mübahisə zamanı qayın yeznəni bıçaqlayıb. Asif İsmayılov aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədən sonra Ziya Əzizov könüllü olaraq Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə gələrək təslim olub.

İlkin məlumata görə, qətlə borc söhbəti səbəb olub. Belə ki, Asif İsmayılovun qayınatası onun bacısından 2000 manat sələm alıb. Alınan borc vaxtında qaytarılmaylb və Asifin bacısı narazılığını bildirib. Bu səbəbdən Asiflə qaynı Ziya arasında mübahisə düşüb.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam edir.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər