Xəbər xətti
26-10-2021
25-10-2021
24-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Yanacaqdoldurma məntəqəsinə silahlı hücum

Baxılıb: 2582     Tarix: 14-01-2016 15:42   
Masallıda yanacaqdoldurma məntəqəsinə silahlı basqın edilib. Hadisə rayonun Sərçuvar kəndində qeydə alınıb.
 Yanacaqdoldurma məntəqəsinə silahlı hücum
Sumqayitfakt.az
Masallı rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxs Bayram Azad oğlu Məmmədova məxsus yanacaqdoldurma məntəqəsinə silahlı basqın edib. Əlində ov tüfəngi olan maskalı şəxs növbətçini hədələyərək ondan kassada olan pulları verməsini tələb edib. Lakin yanacaqdoldurma məntəqəsinə avtomobilin yaxınlaşdığını görən maskalı hadisə yerindən qaçıb.

Dərhal əməliyyata başlayan polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayonun Çaxırlı kənd sakini, 1992-ci il təvəllüdlü Cəlal İlqar oğlu Cəlalzadə saxlanılıb.

Aparılan araşdırmalarda onun başqa bu kimi əməllər törətdiyi də məlum olub. Belə ki, adıçəkilən şəxs ötən ilin dekabr ayının 12-də də həmin yanacaqdoldurma məntəqəsinə basqın edib, oradan 700 manat məbləğində pul aparıb.

Faktla bağlı araşdırmalar davam etdirilir. Onun başqa bu kimi əməlləri olub-olmadığı dəqiqləşdirilir.

Dekabrın 24-də də Cəlilabadda yanacaqdoldurma məntəqəsinə silahlı basqın olub. Hadisə kənd ərazisində “Alpetrol” yanacaqdoldurma məntəqəsində baş verib. 4 nəfər maskalı şəxs avtomobillə məntəqəyə gələrək ərazidə olan əməkdaşdan kassanı açmasını və pulları onlara verməsini tələb edib.

İşçi isə kassada pul olmadığını, pulların axşam saatlarında müdiriyyət tərəfindən evə aparıldığını bildirib. Daha sonra səs-küy salan və əraziyə polisin gələcəyini deyən əməkdaş soyğunçuların ərazidən qaçmasına səbəb olub. Soyğunçular isə heç nə əldə edə bilməyib, əllərində olan silahlardan bir neçə dəfə atəş açaraq ərazidən qaçıblar. Atəş nəticəsində məntəqə işçisi xəsarət almasa da zapravkanın şüşələri sınıb.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər