Xəbər xətti
20-10-2021
19-10-2021
18-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Atasının qatilini öldürən 25 yaşlı gəncə hökm oxundu – FOTO

Baxılıb: 2575     Tarix: 08-01-2016 23:22   
Şabanla üzbəüz gələn İlqar ona atasının qatili olduğunu bildirib
Atasının qatilini öldürən 25 yaşlı gəncə hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı ş. sakini İlqar Quliyevin (1990-cı il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayitfakt.az xəbər verir ki, 2014-cü il sentyabrın 3-də Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Şaban Nəbiyev (1960-cı il təv.) “Vinçester” markalı silahdan açılan atəşlər nəticəsində qətlə yetirilib. Hadisə ilə əlaqədar səhərisi gün RPİ və 38-ci polis bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində İlqar Quliyev saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, qətlə yetirilən şəxs 2007-ci il yanvarın 9-da İlqar Quliyevin atası Ələsgər Quliyevə və tanışı İntiqam Babayevə odlu silahdan atəşlər açaraq, onları yaralayıb. Həkimlərin müdaxiləsinə baxmayaraq Ələsgər Quliyev dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə Şaban Nəbiyev həbs olunub və Ağır cinayətlərə dair işlər üzrə məhkəmənin hökmü ilə cəzalandırılıb, 7 il 6 aydan sonra Nəbiyev cəzaçəkmə müəssisəsindən azadlığa çıxıb. Atasının qatilinin həbsxanadan qayıtdığını öyrənən İlqar Quliyev qisas almaq qərarına gəlib. Hazırlıq işi aparan Quliyev silah əldə edərək, Nəbiyevi yaşadığı evin yanında gözləyib və sentyabrın 3-də cinayəti həyata keçirib.

Şabanla üzbəüz gələn İlqar ona atasının qatili olduğunu bildirib, sonra isə dərhal silahdan atəş açaraq onu qarın və bud nahiyəsindən yaralayıb. Sonuncu 1 saylı klinik xəstəxanasına çatdırılsa da, kəskin qanitirmədən dünyasını dəyişib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs ittiham üzrə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Oxu.Az
Atasının qatilini öldürən 25 yaşlı gəncə hökm oxundu
Atasının qatilini öldürən 25 yaşlı gəncə hökm oxundu


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər