Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu

Sumqayıtda qısqanc ər arvadını öldürmək istəyib

Baxılıb: 2123     Tarix: 17-09-2020 16:09   
Sumqayıtda qısqanc ər arvadını öldürmək istəyib

Sumqayıt şəhərində arvadını qətlə yetirməyə cəhddə təqsirli bilinən Teymur Şıxkərimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.


Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.

İş üzrə məhkəmə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, iyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib. T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib./ölkə.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər