Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu

Taksi sürücüsü qadınla maşında intim münasibətdə oldu, sonra döyüb öldürdü — Sumqayıtda baş verən qətlin ŞOK TƏFƏRRÜATI-VİDEO

Baxılıb: 31 487     Tarix: 04-09-2020 16:35   
Taksi sürücüsü qadınla maşında intim münasibətdə oldu, sonra döyüb öldürdü — Sumqayıtda baş verən qətlin ŞOK TƏFƏRRÜATI-VİDEO

Sumqayıt şəhərində qadını qətlə yetirməkdə təqsirli bilinən Elman Əhmədovun cinayə işi.


2016-cı il martın 6-da DİN-nin 102 xidmətinə daxil olan məlumat əsasında Sumqayıt ŞPİ-nin əməkdaşları magistral yolun kənarında iki hissəyə bölünmüş naməlum qadın meyiti aşkar ediblər.
Ehtimal olunub ki, həmin qadını gecə saatlarında avtomobil vuraraq hadisə yerindən qaçıb.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub və həmin ərazidən parçalanmış qadın cəsədi tapılıb.
Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi protokoluna əsasən meyit ortadan iki hissəyə bölünüb. Vurulduğu yerdə asfaltın üzərində qana bənzər sürünmə izləri müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, mərhum 1968-ci il təvəllüdlü Gülnarə Dadaşovadı və o, ailəsi ilə birlikdə Sumqayıt şəhərində yaşayır.

İş üzrə şübhəli şəxs qismində hadisədən 3 gün sonra Elman Əhmədov saxlanılıb.

İstintaqla müəyyən olunub ki, Elman Əhmədov gecə saat 3 radələrində özünə məxsus avtomobillə evinə gələn zaman onunla eyni binada qalan Gülnarə Dadaşovanın blokdan çıxıb şəhər bazarı istiqamətində getdiyini görüb. Əhmədov qadının arxasınca gedib ticarət mərkəzinin yanına çatan zaman Dadaşovanın işarəsi ilə dayanıb və o maşına əyləşib.

İdarəetdiyi maşında sonuncunun razılığı ilə cinsi əlaqədə olub şəhərə qayıdan zaman aralarında mübahisə yaranıb.

Gülnarə Dadaşova onların münasibətləri barədə arvadına xəbər verəcəyini deyib. Onun sözlərindən əsəbləşən Elman qadını öldürmək qərarına gəlib. Şirniyyat sexinin qarşısında avtomaşını saxlayaraq Gülnarəni maşından düşürüb yumruqla sifətinə zərbələr vurub. Daha sonra yerə yıxılan qadının baş və bədəninə təpiklə çoxsaylı zərbələr vuraraq xəsarətlər yetirib.

Qadının öldüyündən əmin olduqadan sonra törətdiyi cinayətin izini itirmək barədə düşünüb.

Mərhumun yol nəqliyyat hadisəsi nəticəsində ölməsi təsəvvürünü yaratmaq məqsədi ilə meyiti maqistral yolun sol tərəfindəki hərəkət zolağına qoyub hadisə yerindən uzaqlaşıb.

Həmin tarixdə yolda qalmış Gülnarənin meyitinin üzərindən bir neçə maşında keçib və nəticədə cəsəd hissələrə ayrılıb.

Məhkəmə prosesində təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək qeyd edib ki, Gülnarə Dadaşovaya qarşı zor tətbiq etməyib və onu huşsuz vəziyyətdə yolda qoyub getməyib.

Məhkəmə təqsirləndirilən şəxsin ifadələrini həqiqətə uyğun olmayan, cinayət işinin materialları ilə təqzib olan ifadlər kimi qiymətləndirib. Məhkəmə hesab edib ki, prokurorluq Elman Əhmədovun əməlini düzgün olaraq cinayət məcəllisinin 120.2.4(xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə qiymətləndirib.

Məhkəmənin hökmü ilə 1975-ci ilə təvəllüdlü Elman Əhmədov cəzasını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə 17 il müddətinə azadlıqdam məhrum olunub./ölkə.az

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər