Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu

Azərbaycanda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Baxılıb: 31 204     Tarix: 01-09-2020 15:22   
Azərbaycanda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Lumina Məmmədovanın cinayət işi.

Hadisə Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı 49 bıçaq zərbələri ilə qətlə yetirib.

İş üzrə dinridilən Lumina Məmmədova ilkin ifadəsində bildirib ki, hadisədən bir gün əvvəl rəfiqəsi ilə görüşüb ticarət mərkəzinə sonra isə kafeyə gediblər. Orda olan zaman oğlan tanışıda onların yanına gəlib. Yemek yedikdən sonra Bakıxanov qəsəbəsində yerləşən digər kafeyə gediblər. Bir müddət sonra bir neçə tanışı ilə birlikdə çimərliyə yollanıblar.

Gecəni çimərlikdə keçirdikdən sonra evə qayıdıblar. O evə çatan kimi anası ondan harda olduğunu və gecə niyə evə gəlmədiyini soruşub.

Anası ilə aralarında bu səbəbdən mübahisə baş verib. Ünvanına işlədilən təhqirlərdən əsəbləşən Məmmədova əli ilə anasını itələyib.

Dəhlizdə yerə yıxılan anasını öldürmək məqsədi ilə Lumina Məmmədova mətbəxə keçib və istifadə etdikləri bıçağı götürüb geri qayıdıb. O, köməksiz vəziyyətdə olan yaşlı qadına yaxınlaşaraq kürəyinə, onurğasına, döş boşluğuna, boynuna və gövdəsinə çoxsaylı bıçaq zərbələri endirib.

İş üzrə təyin olunan məhkəmə-tibbi ekspertizasının rəyi ilə, qadının bədəni üzərində 49 ədəd kəsilmiş-deşilmiş yaraların olması müəyyən edilib, onun ölümünə kəskin qanitirmə səbəb olub.

İstintaqın sonunda Məmmədovanın əməli CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsindən 120.2.4 və 120.2.9-cu maddələrinə tövsif olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lumina Məmmədova 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi cinayət işini araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb. /ölkə.az

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər