Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu

Sumqayıtda gənclərin xırda pul üstündə qanlı davası – Təfərrüat

Baxılıb: 2210     Tarix: 12-12-2019 14:50   
Sumqayıtda gənclərin xırda pul üstündə qanlı davası – Təfərrüat
Sumqayıt şəhərində xırda pul üstündə dava salmaqda ittiham olunan 1996-cı il təvəllüdlü Elşən Şahverənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sumqayitfakt.Az xəbər verir ki, Elşən Şahverənov 29 may 2018-ci il tarixdə, saat 21.30-da Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində Rövşən Həsənovdan özünə siqaret alması üçün xırda pul istəyib.

Rövşən Həsənov xırda pul istəməsini ona irad tutub. Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Elşən Şahverənov yumruqla Rövşən Həsənovu vurub. Sonuncu ağız və çənə nahiyəsindən xəsarətlər alıb.

Bundan başqa o, həmin ilin iyulun 7-də, səhər saat 07.30-da Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində Polad Allahverdiyevə bıçaqla qol və sinə nahiyəsinə iki dəfə vurub.

İstintaq orqanı tərəfindən Elşən Şahverənovun barəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 128-ci (sağlamlığa xəsarət yetirmə) maddələri ilə ittiham elan edilib.

Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə Elşən Şahverənov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elşən Şahverənov apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elşən Şahverənovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elşən Şahverənovun şikayəti qismən təmin edilib, onun cəzası 2 il 6 aya endirilib.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər