Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Sevgilisini öldürən "qadın polis" - ƏRİ DANIŞDI

Baxılıb: 383     Tarix: 26-07-2019 17:47   
Sevgilisini öldürən "qadın polis" - ƏRİ DANIŞDI
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Günel Qasımovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Sumqayitfakt.Az-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Xaliq Həbibov ifadə verib.
O bildirib ki, park ərazisində bir nəfərin yerdə uzandığını görüb: “Dedim ki, yəqin tüfeyli həyat sürən adamlardandır. Adətən spirtli içki içib küçələrdə yatırlar. Hadisə yerinə gələndə gördük ki, parkın mühafizə xidmətinin işçisi də ordadı. Nəbzinə baxanda bildik ki, ölüb. Üstü qan idi. Biz idarəyə xəbər verib, hadisə yerini mühafizə etməyə başladıq".
Təqsirləndirilən Günel Qasımovanın həyat yoldaşı Rəhim Qasımov da məhkəmədə şahid kimi dindirilib. O bildirib ki, 2004-cü ildən evlidir. Hadisə baş verən gün Günel ona iş yoldaşı Rənanın ad gününə gedəcəyini deyib.
Qətlə yetirilənin dostu Taleh Mahmudov bildirib ki, hadisə baş verən gün Ramizlə görüşməli imiş. Ancaq sonradan digər dostu zəng edərək, belə bir hadisə baş verdiyini deyib. O suallara cavab olaraq, Ramizin başqa bir qadınla münasibəti olduğunu və həmin qadının polis işlədiyini bilib.
Proses gələn həftə davam edəcək.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Xırdalan şəhərində baş verib.
Abşeron rayonunun Xırdalan şəhər sakini, 27-ci məhəllə ev 2, mənzil 9 da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin Qasımova Günel Eldar qızı tərəfindən törədildiyi məlum olub.
Günel Qasımova 39 yaşlı kişini gecə saatlarında parkda bıçaqlayaraq hadisə yerindən qaçıb. Daha sonra o, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.apa

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər