Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

Dünya çempionunun eks-qayınatası 23 min təzminat tələb edir

Baxılıb: 2202     Tarix: 15-02-2019 19:40   
Dünya çempionunun eks-qayınatası 23 min təzminat tələb edir
Bakı Ağır Cinayətlər Məhkəməsində kikboks üzrə beşqat dünya çempionu Ehram Məcidovun məhkəməsi keçirilib.

Hakim Eldar İsmayılovun icraatında olan prosesdə zərərçəkmiş B.Dilbazi mülki iddia qaldırıb, aldığı xəsarətlərdən sonra müalicəyə xərclədiyi 18 min maddi zərəri, 5 min manat isə mənəvi zərəri tələb edir. E.Məcidov özünü təqsirli bilməyib.

Prosesdə zərərçəkmiş Bəhruz Dilbazi ifadə verib: "Dəfələrlə qızımı bıçaqla, qayçı ilə uşaqlarının gözü qarşısında öldürəcəyi ilə hədələyib. Uşaqlar ata kimi ondan qayğı görməyib. Dəfələrlə qızım bununla bağlı "102"yə məlumat verib. 2014-cü ildə boşanmaq qərarı aldılar. Birgə nigah dövründə alınan ev və iki maşınla bağlı iddia qaldırıldı. Həmin əmlak onun övladlarına çatacaqdı. Amma o bununla razılaşmırdı. Mənə dəfələrlə hədə-qorxu gəlirdi ki, mülk davasından əl çək"- deyə zərərçəkmiş bildirib.

Baş verən dava haqda danışan zərərçəkmiş qeyd edib ki, Ehram uşaqları görməyə gəlibmiş: "İcraçı da otaqda idi. 5-6 dəqiqə sonra uşaqlar getmək istədi. Ehram da dedi ki, uşaqları babası öyrədir. Üstümə hücum elədi. Sifətimə vurmağa başladı. Bir dəfə sağ əlini qabağa uzatdım. Onda da qolum sındı. Əməliyyat olunmuşam. Müalicəmi xaricdə də davam etdirdim".

Bəhruz Dilbazi bildirib ki, Ehram Məcidov onu beşbarmaq adlanan soyuq silahla vurub. Amma Ehram Məcidov hadisə zamanı beşbarmaqdan istifadə etmədiyini deyib.

Məlum olub ki, cinayət işi materiallarında zərərçəkmişin hadisə baş verən yerdə yaralı vəziyyətdə və xəstəxanada çəkilmiş fotoları var. Hakim bildirib ki, fotolardan da aydın olur ki, B.Dilbazi xəstəxanada çəkilən fotosuna sağ qolunu qaldıraraq danışır. Hakim zərərçəkmişə sual verib ki, sınan qolu neçə hərəkət etdirə bilib? B.Dilbazi isə qolunun çiyin hissədən sınmadığını deyib.

Proses fevralın 26-da davam etdiriləcək.

Qeyd edək ki, E.Məcidov Cinayət Məcəlləsinin 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq; silah qismində istifadə olunan əşyadan istifadə olunmaqla törədildikdə) maddəsi ilə ittiham olunub.

İttihama görə, E.Məcidov qayınatasını beşbarmaqla vurub. O, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır. qafqazinfo

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər