Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

“Ərimin əvəzinə mən həbsə getdim”

Baxılıb: 3283     Tarix: 31-12-2018 12:51   
“Ərimin əvəzinə mən həbsə getdim”
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik satışında təqsirləndirilən Şəms Səmədovanın məhkəməsi keçirilib. "Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə Ş.Səmədova ifadə verərək özünü təqsirli bilmədiyini deyib:
"Hadisə günü oğlumla evə gedirdik, məhləyə çatanda gördük hamı qaçır. Bu vaxt iki nəfər qoluma girib məni evə gətirdi, çantamı da aldılar. Sonra bizi polisə apardılar, orada hal şahidləri dedilər ki, guya mənim çantamdan narkotik çıxıb, mən də yalan olduğunu dedim.

Mən bundan əvvəl də narkotika görə "yatmışam", amma onda da günahım olmayıb. Ərimin əvəzinə mən həbsə getdim. Ortada heroin var idi, ərim də "lomka"da idi. Dedi tutulsam, türmədə öləcəyəm. Onun əvəzinə mən heroini üzərimə götürdüm və gedib içəridə yatdım.

Kişi qızı kimi də cəzamı çəkib çıxdım. Nə çəkəni olmuşam, nə də satanı olmuşam. Mən Nizamın qızıyam. İçəri getsəm də kişi qızı kimi gedəcəm ki, sabah oğlumu tində görəndə deməsinlər ki, anan necə "srok" yatıb. Mən içəri özümlə heç kimi aparmaram, heç kimi satmaram. Amma bu işdə günahım yoxdur. Alnı açıq, üzüm ağdır. Mən nə vaxtsa burdan çıxanda "Kubinka"ya başı uca gedəcəm".

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üç uşaq anası olan Şəms Səmədova həbs edilib. Əməliyyat zamanı S.Səmədovanın bacısı 32 yaşlı Lamiyə Quliyeva da saxlanılıb.

Külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə saxlanılmış bacılar — 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı və 1983-cü il təvəllüdlü Səmədova Şəms Nizam qızına qarşı qaldırılmış cinayət işinin araşdırılması zamanı maraqlı detallar üzə çıxıb. Bacılar marixuana, heroin, “kokos” (kokain), metamfetamin, “spays” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olublar.

Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar./qafqazinfo

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər