Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Ən çox oxunanlar
Sorğu

323 yeniyetmə həbs olundu - Azərbaycanda

Baxılıb: 3192     Tarix: 30-10-2018 19:57   
323 yeniyetmə həbs olundu
Ötən il Azərbaycanda cinayət törətdiyinə görə məhkum edilənlər arasında 14-17 yaşda olanların sayı 323 nəfər təşkil edib.

Onlardan 1 nəfər cinayəti sərxoş halda, 59-u qrup şəklində, 90-nı isə böyüklərin iştirakı ilə törədib.

Məhkəmə qarşısına çıxarılanlardan 111-inə azadlıqdan məhrum etmə (48-i 5 ilədək, 63-ü 5 il və yuxarı), 16-sına islah işləri, 2-sinə ictimai işlər, 98-inə cərimə, 96-sına isə şərti məhkum etmə cəzası verilib.

Həmçinin, məhkum olunan 323 nəfərdən 41-i 14-15 yaşda, 282-si isə 16-17 yaşda olanlardır. Onlardan 3-ü qızdır. Məhkum olunan 323 nəfərdən 271-i hər iki valideyni olan ailədə, 50-si isə bir valideyni olan ailədə tərbiyə alanlar, 186-sı işləməyən və oxumayan, 34-ü işləyən, 103-ü isə şagird və tələbə olub.

2017-ci ildə 14-17 yaşda olanlar tərəfindən və ya onların iştirakı ilə törədilən cinayətlərin sayı 532 olub. Onlardan 50-si ağır və xüsusilə ağır cinayətlər kimi qeydə alınıb.

Bundan başqa, həmin yaşda məhkum olunanlardan 6-sı qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 15 qəsdən sağlamlığa ağır zərər vurma, 367 oğurluq cinayətinə görə həbs ediliblər. Oğurluq faktlarından 100-ü mənzillərdən törədilib. Bundan başqa onlar tərəfindən 11 soyğunçuluq, 7 quldurluq, 15 dələduzluq, 14 xuliqanlıq, 4 narkotik vasitələrlə bağlı cinayətlər, 3 yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayəti törədilib. unikal

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər