Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Anasını öldürənin şikayəti təmin edilmədi

Baxılıb: 3275     Tarix: 17-02-2016 10:40   

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən Siyavuş Zöhrabov barəsində verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb
Anasını öldürənin şikayəti təmin edilmədi

Sumqayıtfakt.az-ın report-a istinadən məlumatına görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökm dəyişdirilmədən saxlanılıb. S.Zöhrabovun apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi 2015-ci ilin iyul ayının 7-də Nizami rayonu Mehdi Abbasov küçəsi ev 33-də törədilib. 1994-cü il təvəllüdlü Siyavuş Zöhrabov qısqanclıq zəminində anası, 1970-ci il təvəllüdlü Tahirə Zöhrabovanı bıçaqlayaraq qətlə yetirib. Hadisəni törədən S.Zöhrabov polis əməkdaşları tərəfindən tutulub. O, ilkin ifadəsində bildirib ki, anasının telefonda başqa bir şəxslə mesajlaşmasını görüb. Ona görə də onu qətlə yetirib.

S.Zöhrabov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Dekabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə S.Zöhrabov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qərardan narazı qalan məhkum apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər