Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Səs-küylü qətlin üstü açıldı - AĞCABƏDİDƏ

Baxılıb: 2422     Tarix: 16-02-2016 15:23   
Ağcabədidə ötən ilin oktyabrında törədilən qətlin üstü açılıb
Səs-küylü qətlin üstü açıldı

Sumqayıtfakt.az-ın məlumatına görə, polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində ötən il oktyabrın 17-də itkin düşən və bir müddət sonra meyiti Qarabağ kanalından tapılan Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun qətlə yetirildiyi məlum olub.

Qətli törətməkdə şübhəli bilinən Salahov Xəyyam Abdulla oğlu və Məmmədov Namiq Qurban oğlu saxlanılıblar.

Hazırda faktla bağlı başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qətli törədən şəxslərin qəssablıqla məşğul olduğu bildirilir.

Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V.İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

Bir neçə gün sonra V.İsmayılovun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.(apa)


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər