Xəbər xətti
17-09-2021
16-09-2021
15-09-2021
Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Ən çox oxunanlar
Sorğu

Samuxda sevgi dramı: qısqanc gənc dəhşət törətdi – ŞOK TƏFƏRRÜAT

Baxılıb: 4621     Tarix: 27-01-2016 14:25   

Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrotexnologiya” fakültəsinin əyani şöbəsinin 2-ci kurs tələbəsi Ruslan Behbudzadə sevdiyi qızı qətlə yetirib

Samuxda sevgi dramı: qısqanc gənc dəhşət törətdi

Sumqayıtfakt.az
xəbər verir ki, Samux rayon sakini Ruslan Behbudzadə 2014-cü ilin iyun ayında 1997-ci il təvəllüdlü Gülnarə Mirzəyeva ilə tanış olub. Gənc cütlüyün 2015-ci ilin mart ayının ortalarına kimi münasibətləri yaxşı olub. Onlar bu müddət ərzində tez-tez görüşüblər, yaxın münasibətdə olublar. Mart ayında isə Ruslan Behbudzadə ilə Gülnarə Mirzəyevanın münasibətləri korlanmağa başlayıb. Gülnarə Ruslan Quliyev adlı başqa bir oğlanla münasibət qurub, onunla telefonla danışıb və münasibət saxlayıb.

Sevgi və xəyanət

Ruslan Behbudzadə Gülnarənin Ruslan Quliyevlə münasibət saxlamasını öyrənib. O, Gülnarənin bu hərəkətini özünə qarşı xəyanət kimi qiymətləndirib. Ruslan Gülnarə ilə bu barədə telefonla danışıb. Danışıq zamanı Gülnarə Mirzəyeva Ruslanla görüşməkdən imtina edib, onu söyərək bundan sonra narahat etməməsini tələb edib. Bundan sonra Ruslan Behbudzadə qısqanclıq zəminində qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. O, niyyətini həyata keçirmək üçün Gülnarə Mirzəyevanı izləyib, onun yaşadığı Samux rayonunun Əhmədbəyli kəndindən Gəncə şəhərinə gəlməsini gözləyib. Ruslan Behbudzadə 26 mart 2015-ci ildə, saat 10 radələrində Gülnarə Mirzəyevanın yaşadığı kənddən ali məktəbə qəbul olmaq üçün hazırlaşdığı müəllim yanına - Gəncə şəhəri, H.Əliyev prospekti, 81 nömrəli binaya gəldiyini görüb. O, keçmiş sevgilisinin saat 12 radələrində məşğələdən çıxacağını bilib.

Planlaşdırılmış qətl

Bundan sonra Ruslan yaşadığı Gəncə şəhəri, H.B.Ağayev küçəsi, ev 96-ya qayıdıb və evlərində heç kimin olmadığını görüb. O, Gülnarə Mirzəyevanı aldadib evlərinə gətirmək və onu öldürməyi planlaşdırıb. Bu məqsədlə evdən çıxan Ruslan Behbudzadə Gəncə şəhəri, H.Əliyev prospekti, 81 nömrəli binanın yanına gəlib. O, Gülnarənin dərsdən çıxmasını gözləyib. Təxminən saat 12 radələrində Gülnarə Mirzəyeva müəllim yanından çıxıb. Bu zaman Ruslan Behbudzadə küçədə Gülnarəyə yaxınlaşıb və onunla söhbət edib. O, münasibətlərinə aydınlıq gətirmək üçün son dəfə təklikdə danışmaq adı ilə aldadaraq qızı yaşadığı evə gətirib.

Amma valideynləri artıq evdə olduğundan Ruslan Gülnarəni öldürə bilməyəcəyini başa düşüb. Bu səbəbdən Ruslan Gülnarənin öldürmək üçün onu kimsəsiz bir yerə aparmaq qərarına gəlib.

Bulaq başında cinayət

Bu məqsədlə o, Gülnarə Mirzəyevanı həyətlərində olan və etibarnamə ilə idarə etdiyi “VAZ 21154” markalı avtomobilə mindirib və əvvəllər birlikdə gəzdikləri Daşkəsən rayonu ərazisinə gedəcəklərini deyib.

Onlar Daşkəsən rayonu Xoşbulaq kəndi ərazisinə gəliblər. Ruslan saat 15 radələrində Xoşbulaq kəndinin girişində, avtomobil yolunun kənarında yerləşən bulağın yanında əl-üzlərini yumaq bəhanəsi ilə avtomaşını saxlayıb. Onlar əl-üzlərini yuyarkən ətrafda heç kimin olmamağını görən Ruslan iki əli ilə Gülnarə Mirzəyevanın boğazından tutaraq onu boğub. Keçmiş sevgilisinin öldüyünü görən Ruslan onu basdırmaq qərarına gəlib. O, quyu qazaraq, qızı orada basdırıb. Martın 29-da Ruslan Behbudzadə könüllü olaraq Gəncə Şəhər Baş Polis İdarəsinə gələrək hadisəni törətməsini etiraf edib və Gülnarə Mirzəyevanı qətlə yetirdiyini, Xoşbulaq kəndi ərazisində basdırdığını deyib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd olunan əraziyə gəliblər və Gülnarə Mirzəyevanın meyiti eksqumasiya edilib. Bundan sonra Ruslan Behbudzadə həbs olunub.

Cəza: 10 il, 6 ay

Ruslan Babazadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Hökmdən narazı qalan zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Zərərçəkmişin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib.

Zərərçəkmişin hüquqi varisi hesab olunan atası Aydın Mirzəyev bildirib ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Onun sözlərinə görə, birinci instansiya məhkəməsi Ruslan Behbudzadəyə cəza təyin edərkən onun könüllü gələrək təqsirini boynuna almasını, cinayətin açılmasına fəal kömək etməsini cəzanı yüngülləşdirən hal hesab edib.

Aydın Mirzəyev bildirib ki, qızı Gülnarə ilə Ruslan Behbudzadə arasında cinayət baş verən günü dəfələrlə telefon danışıqları olub, SMS-lər yazılıb və onlar arasında mübahisə, dava-dalaş olub: “Belə olan halda Gülnarənin könüllü olaraq Ruslan Behbudzadənin idarə etdiyi avtomaşına oturub və Daşkəsən rayon Xoşbulaq kəndinin yaxınlığına getməsi təəccüb doğurur. Hesab edirəm ki, qızım Gülnarə Ruslan Behbudzadə tərəfindən zorakılıqla idarə etdiyi avtomaşına otuzdurulub və hadisə baş verən əraziyə aparılıb. Ona görə də Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünün cəza hissəsinin ləğv edilməsini, cəzanın ağırlaşdırılması ilə bağlı yeni yekun qərar qəbul edilməsini xahiş edirəm”.

Tərəflərin fikirlərini öyrənən hakim heyəti sonda qərar elan edib. Qərara görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.(teleqraf)

Hacı Zeynalov


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər