Xəbər xətti

21-09-2017

20-09-2017

Yazarlar





Rublika
Arxiv
«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu

Alimlər “qadın məntiqi”nin varlığını təkzib etdilər

Baxılıb: 4240     Tarix: 04-03-2017 19:07   


“Qadın məntiqi” anlayışı bir sıra ölkə alimləri tərəfindən öyrənilir. Bu istiqamətdə aparılan altı min nəfərin iştirak etdiyi tədqiqatların nəticəsində bəlli olub ki, kişi və qadın məntiqi arasında xüsusi bir ayrıcalıq yoxdur.

Sumqayitfakt.Az xəbər verir ki, hər iki cinsin nümayəndələrinin iştirak etdiyi tədqiqatlar test tapşırıqları əsasında aparılıb. İştirakçılara özlərini testlərdə göstərilən şəxsin yerinə qoymaları, çətin anda onun yerinə qərar qəbul etmələri tapşırılıb. İmtahanların nəticəsində kişi və qadınlar arasında düşüncə tərzində çox böyük fərq qeydə alınmasa da, vəziyyətin qiymətləndirilməsi baxımından fikir ayrılığı müşahidə edilib.

Alimlər bunu qadın həssaslığı və prioritet müxtəlifliyi ilə izah ediblər. Belə ki, kişi düşüncə tərzinin daha rasional, qadınların isə mənəvi əzab verə biləcək qərarlardan çəkingən olduğu müşahidə edilib.

Növbəti, emosional faktorların olmadığı testlərdə isə hər iki cinsin nümayəndələrinin verdikləri qərarlar arasındakı fərq təxmini on faiz təşkil edib. Bundan əlavə bəlli olub ki, qərarın verdikləri zaman və informasiyanın toplanması kimi amillər əsas rol oynayır. Kişilər qadınlara nisbətən daha tez və müstəqil qərar qəbul edir. Qadınlar isə alınacaq qərarı hərtərəfli düşünməyə və bunun üçün müxtəlif rəylər öyrənməyə üstünlük verirlər.

Tədqiqatçıların fikrincə qadın məntiqinin kişilərə nisbətən daha bir üstün cəhəti də öz fikir və düşüncələri ilə ətraf mühitlə bölüşməsidir. axar.az
loading...


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
Reklam
Əsas xəbərlər