Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

Əməkdar jurnalist təklif edir: - "hərəkatı hamılıqla elə bu gündən başlayaq!"

Baxılıb: 2425     Tarix: 14-02-2017 14:27   
Əməkdar jurnalist təklif edir:

1990-cı ilin 20 yanvarında əsl və böyük sevgi nümunəsi göstərərək, yeni məhəbbət əfsanəsi, real sevgi dastanı yaratmış İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında, böyük Şərq aləmində sevgi, məhəbbət günü kimi qeyd edilməsinə nail olaq!


30 iyun - Azərbaycanda, bütün müsəlman, Şərq dünyasında sevgi, məhəbbət günü kimi qeyd edilməlidir!

Dünən saytlar xəbər verdi ki, xristian dünyasının, Qərbin bizə sırımaq istədiyi "sevgililər günü" Pakistanda birdəfəlik qadağan edildi. Sağ olsun pakistanlı qardaşlarımız! Ancaq, görəsən, bəs biz nə vaxt özümüzə hörmət etməyi, bizə yad olan bayramlara, ənənələrə uymamağı bacara biləcəyik? 1990-cı ilin 19-20 yanvar günlərində əfsanəvi, müqəddəs sevgi nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun neşə illərdir ki Azərbaycanda "Sevgililər günü" kimi keçirilməsi təklif olunduğu halda, "Valentin günü" nəyimizə lazımdır?

Əməkdar jurnalist təklif edir:


Təəssüf ki, hələ yenə də bəzi saytlar "14 fevral"ı dəbə salmaq istəyirlər. Görəsən, bu nə kor-koranə sitayişdir bizi sevməyən, lənətləyən, nifrət edən Qərb dünyasına?

Bəlkə biz də təbliğat və təşviqatımızı gücləndirib, real sevgi fədakarlığı, məhəbbət əfsanəsi nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman dünyasında sevgi, məhəbbət günü kimi qeyd edilməsinə nail olaq? Niyə də biz - Azərbaycan yox, başqa bir ölkə təşəbbüs göstərməlidir? Əgər hər hansı başqa bir müsəlman ölkəsində Fərizə-İlham nümunəsi varsa, irəli dursun. Yoxdur axı! Azərbaycanın gerçək İlham-Fərizə nümunəsi bu gün Şərq dünyasının Leyli-Məcnun əfsanəsindən də güclü və üstündür.

Gəlin, "Qara yanvar" günlərində əsl sevgi fədakarlığı, müqəddəs eşq nümunəsi göstərmiş İlham və Fərizənin toy gününün - 30 iyunun yalnız Azərbaycanda deyil, bütün müsəlman, Şərq ölkələrində "Sevgililər günü" kimi qeyd edilməsinə nail olaq!

Bunun üçün ilk növbədə özümüzdən, Türkiyə və Pakistandan başlamalı, bunun davamı olaraq Orta Asiya ölkələrində və İranda, digər müsəlman, Şərq ölkələrində bu təşəbbüsün geniş yayılmasına, beynəlxalq "status" almasına nail olmalıyıq! Bunu başqa bir ölkə yox, məhz buna mənəvi haqqı olan Azərbaycan etməlidir.

Bu təklifin beynəlxalq səviyyədə reallaşması ilə biz həm də ideoloji cəbhədə bir üstünlük qazana biləcəyik - Rusiya-Sovet imperiyasının 20 yanvar vəhşiliklərinin bütün müsəlman dünyasında daim yada salınmasına, bəşəriyyətin rus-xristian faşizmini unutmamasına, lənətləməsinə nail olacağıq.

Gəlin, bütün rəsmi və qeyri-rəsmi, ictimai təşkilatları da cəlb etməklə bu hərəkatı sabahdan, gələn ildən yox, hamılıqla elə bu gündən başlayaq!

Rəhman ORXAN.

e-mail: rahman_orxan@mail.ru


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər