Xəbər xətti

Yazarlar





Rublika
Arxiv
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu

"Təhsil sistemində gedən "islahatlar"ın yaratdığı savadsızlığa nə vaxt son veriləcək?"

Baxılıb: 5632     Tarix: 08-01-2017 21:28   
"Təhsil sistemində gedən "islahatlar"ın yaratdığı savadsızlığa nə vaxt son veriləcək?"

Akəm Xaqan

Hər gün məmləkətdə ümid yeri olaraq doğulan körpələrimiz və dünyamızdan nakam köçən əzizlərimiz olur. Biz əvvəl ümid edə-edə yaşamağı, sonra bizi izləyən sürprizlərə, ağrı-acılarla alışmağı və nəhayət, ümidlərimizi qayb edə-edə ölümlə barışmağı öyrənirik. Beləcə "babalarımız yaşamış, biz yaşayırıq və yəqin körpə fidanlarımız da yaşayacaq..."- deyə özümüzə haqq qazandırmaqla kifayətlənirik.

-Elə isə nə baş verir?

Gəlin bir az da aydın danışaraq nə baş verdiyindən hali olaq. Sonra da mənə bəlli reallıqlara və çıxış yollarına diqqət yetirək.
Söz yox ki, hər kəsin evində, qohum-qonşusunda müəllim olmamış deyil. Onların bilik səviyyəsi və ya hansı şəraitdə yaşaması hamımıza bəllidir. Etiraf edək ki, hamı evdən bir loğma çörək xatirinə çıxır və bu imkanı qazanmaq üçün nələrdən keçirik, o zaman kimsəni qınamaqdan uzaq oluruq. Eyni zamanda bu imkanı itirməmək üçün nələrə hazır olduğumuzu təsəvvür etməyə çalışaq, onda bəlli nəticələr əldə edərik. Söz yox ki, işimizi itirməklə hansı sürprizlərlə qarşılaşacağımızla bağlı bəlli təsəvvürlərimiz olmamış deyil.
Müəllimin şagirdləri arasında işıqlı dühalar, elm, sənət adamları, siyasətçi, ticarətçi və nəhayət, cinayətkar belə vardır. Onun ürəklə yanaşdığı iş yaxşılığa, səhlənkar davranışı isə pis əməllərə xidmət sayılır. Elə isə müəllimə qarşı yönələn bu qərəzli mövqe hardan qaynaqlanır? Hələ də gec deyilkən gələcəyimizdən bədgüman olmağa, müəllimi, həkimi və ya hansısa qələm sahibini qınamaqla nə qədər haqlı olduğumuzu düşünmək imkanımız var. Hansı ki, sovet dönəmində müqəddəs sayılan bu adamlara xüsusi hörmət və diqqət var idi. Bu münasibət o dövrün uğuru və bu günümüz üçün nümunə olaraq qəbul olunmalıdır. Ən azından bu sevgi , məsuliyyət və fədakar yanaşma formalaşdıraraq müəllimə öz işində yorulmadan çalışmaq, bizə isə gələcəyimiz olan körpələrimizdən arxayın olmaq şansı verirdi. Beləcə məmləkətin rifahı naminə öz işimizdə ləyaqətlə çalışmaqdan, nümunəvi davranış sərgiləməkdən və təbiətin bir hissəsi olaraq yaşamaqdan zövq alırdıq. Baxmayaraq ki, o dövrdə də neqativ hallar az deyildi. O cümlədən baxçalarda ətin böyük tikəsini tərbiyəçiyə çatare, məktəblərdə isə ən azından hamı orta səviyyədə savad alması vacib bilindiyi üçün hamınin onillik təhsil atestat alması əsas şərt sayılırdı. Ali təhsil almağa gələnlərin bilik səviyyəsinə önəm verilsə də şəhər, kənd ayrı-seçkiliyi salınır, tələbə olmaq üçün maneələr yaradılırdı. Əslində o maneələri yaradanların (bu günkü varlıların ata, babaları) yeganə məqsədi, həqiqi mənada savadsız olan varlı uşaqları üçün yer saxlamaq idi. Bu günkü kimi kütləvi hal və anarxiya yox idi.
Artıq yuxarıda sadaladığım hallar bu gün üçün əlçatmaz görünür. Çünki, bu gün də ailə-məişət problemləri ilə zəngin olan müəllim cəmiyyətin göstəricisi -güzgüsü olaraq diqqət çəkir. "Müəllim" -dediyimiz adamlar bir tikə çörək xatirinə gah hansısa oyunların iştirakçısı, gah da hansısa məmurun maraqlarının qurbanı olaraq gündəmə gəlir. Bu da azmış kimi müəllimin hər hansı "zat" sahibi olan məmura, "iş adamı"-na, hər hansı imkan sahibi olan bəlli bir "dələduz"a "məllim"-deyə özündən yuxarı başa keçirməsi, ona ehtiyaclarını qarşılamaqda yardımçı ola biləcək bir ümid yeri kimi baxması, özünü ikinci və ya üçüncü dərəcəli adam sayması ilə qəbahət sahibi , cəmiyyətin üz qarası olmuş!?
Hər il yeni forma, yeni müəlliflə gündəmə gələn dərs kitabları artıq uşaqlar üçün çözülməz kabusa dönmüş. Uşaqlar nə baş verdiyini anlaya bilmir və sual dolu nəzərlərlə valideyinə baxır. Valideyn isə heyrətlə çiynini çəkir. Hansı ki, dərslikdə yaş səviyyəsi nəzərə alınmadan, qeyri-peşəkar müəlliflərin maraq dairəsinə uyğun olan, şəxsi qənaətlə yazılmış mövzular tədris planına salınaraq tədris olunur və ya satışa çıxarılır. Beləcə ümumxalq dəyərləri kimliyi, səviyyəsi bəlli olmayan adamların əlində öyuncağa dönür. Bunun ağrı-acısını ilk olaraq uşaq, faciəsini isə biz yaşayırıq.
Yaşadığımız və hər addımda üzləşdiyimiz neqativ hallar təhsil nazırliyinə və sisteminə, idarəçiliyə cəlb olunan işçilərin təhsilə yad, kiminsə qohum-qardaşı olan və bazar qaydalarına uyan adamlardan təşkil olunmasından xəbər verir. Hətta işçilərin ayrı - ayrılıqda "şəxsi mənfəət kodeksi"-nin bütün bədlərinə uyğun olaraq uğurlara imza atacaq məharət sahib olduqları haqqında söz-söhbətlər də az deyil. Tək-tək ləyaqət və vicdan sahibi olan fədakarların varlığını da etiraf etməliyik. Təbii ki, burda cərəyan edən proseslər, rəsmi və ya qeyri-rəsmi qaydalar yaşadığımız mühitin, bilavasitə təmsilçi qurumun iradəsinə, mənafeyinə uyğun baş verir.

Hansı ki, kütləvi şəkildə "diplomlu olmaq" kampaniyası həyata keçirilir ki, bu talan kimlərəsə külli miqdarda fayda deməkdir. Cəmiyyətdə elə bir təsəvvür formalaşmış ki, diplom almayan adam sayılmaz. Hətta, diplomsuz qız evdə qalmağa məhkum. Ona görə də ən azından ödənişli əsaslarla "diplomlu savad" alınır ki, burda da təhsil haqqlarının səviyyəsi yaşam səviyyəsinə tərs mütənasibdir. Kütləvi surətdə buraxılan "kadrlara" isə iş yerinin təklif olunmaması kimsənin umurunda deyil. Bu qanunları cəmiyyətə sıramağa çalışan adamlar gedən prosesləri görməzdən gələrək verdiyi pulu hər hansı yollasa qaytarmağa iddialı olanlardır. Beləcə, adamlar halal əməkdən uzaqlaşır, hər kəs bir "işdə" rəhbər olmaq xülyası ilə yaşayır. Artıq heç kim bir vaxtlar müqəddəs sayılan dəyərləri qəbul etmək, bacarığına görə işləmək, əziyyət çəkmək istəmir. "Dara düşəndə" isə kino biletindən fərqlənməyən "diplomunu" gözə soxur.
Demək lazımdır ki, müəllimlərə olan hörmət yalnız, tam olmasa da ucqar kəndlərdə qalmaqdadır. Ancaq təhsildə aparılan son islahatlar onların da tezliklə aradan qalxacağından soraq verir. Bu prosesin getməsində təhsil şöbələri və məktəb direktorlarının "xidməti"danılmazdır.

Xatrimdədir ki, əvvəllər azyaşlı uşaqlar bir çox hadisələrdən: o cümlədən qəbir üstə getməkdən uzaq tutulardı. Və ya kütləvi tədbirlədə yuxarı sinif şagirdləri belə xüsusi nəzarət altında iştirak edərdilər. Təhsil ocaqlarında və digər ictimai yerlərdə baş verən hadisələrə kənd ağsaqqalları, ziyallılar müdaxilə edər, vəziyyəti normal hala gətirərdilər. Həmin adamlar bu gün də var. Lakin nədənsə passiv və laqeyid mövqe sərgiləyirlər. Elə o üzdən də hansısa məmurun iradəsilə körpələrimizin (məzarliğa) qəbir üstə getmə, xiyabanlara cəlb olunması kimi hallarla qarşılaşırıq.
Nədənsə təhsil sahəsində aparılan islahatlar əks təsir göstərir, savadsızlıq artırır. Bu isə haqqlı olaraq adamlarda narazılıq yaradır. Digər tərəfdən müəllimlərin hər addımda təyziqə məruz qalması onlara olan hörmət və inamın tükənməsinə səbəb olur. Mükəmməl pedaqoji təcrübəsi olan müəllimlərin hər hansı "özündən razı" təhsil işçiləri tərəfindən imtahan edilməsi, bu insanlara edilən ən böyük hörmətsizlikdir. O cümlədən bu gün müəllim fədakarlığına imkan yaradacaq yeganə yol sinif rəhbərliyi idi. Onu da qeyd edim ki, müəllimə fədakarlıq üçün verilən zəhmət haqqı qəpik-quruş olsa da, ən azından "yaxşı sinif yetişdirmək" baxımından məsuliyyət artıracaq rol oynayır. Bu növ rəhbərliyin ləğv edilməsi ilə bağlı söz-söhbətin yayılması təhsil sisteminin "xəstə dayaqlar" üzərində durduğundan xəbər verir.
Bir faktı da deyim ki, əvvəlki qurumdan nəsə "yaxşı" adlandıra biləcəyimiz "Həyat bilgisi" fənni miras olaraq qalmışdı. Məncə, bu fənn uşaqlara özlərini tanımaq,
fikirlərini, hiss-həyəcanını bölüşmək və nəhayət, bir şəxsiyyət olmaq imkanı verə bilərdi. Lakin bu fənnin tədrisinin pedaqoji təhsili və təcrübəsi olmayan adamlara verilməsi ilə gözləntilərimizin əks nəticəsi özünü büruzə verdi. Fənnin dərs cədvəlindən çıxarılması və tədris planına salınmaması belə əsaslandırıldı: " I-IX siniflərdə tədris olunan bu fənn mahiyyət etibarı ilə digər fənnlərin təkrarıdır. X-XI siniflərdə həftəlik təlim yükünə ağırlıq gətirir və s." Əvvəl dərsdənkənar, həm də həftədə 1 saat keçilən “Həyati bacarıqlara əsaslanan təhsil” kursunun tədrisi II yarımildən dayandırılıb..."
Mənə belə gəlir ki, nəinki müəllimə, o cümlədən uşaqlara qarşı acımasız münasibət sərgilənir. Kimin hansı yaşda nəyi həzm edə biləcəyi haqqında təsəvvürlər belə unudulmuş; Üçüncü sinif dərsliyinə "çərxi-fələk" adlı bir oyundan məsələ salınır, cavabla bağlı bir neçə yol göstərilir, daha yaxşı və ədalətli seçim etməklə bağlı sual qoyulur. Sizi əmin edim ki, əlli ilə yaşımda mən bu oyundan xəbərsizəm və ədalət axtarışında olduğumu da diqqətinizə çatdırıram. İndi uşağın hansı vəziyyətdə olduğunu müqaisə edin. Belə düşünürəm ki, dördüncü sinifə qədər uşaqlara özlərini tanımaq imkanı verilməli. Məktəblərdə yalnız yaradıcı qabiliyyəti açmaq və düşüncə tərzinin formalaşmasına yardım edəcək xüsusi tədris planı hazırlanmalıdır.

Sonda isə məni narahat edən bu suala cavab tapmaq istəyirəm: görəsən təhsil sistemində gedən "islahatlar"ın yaratdığı savadsızlığa nə vaxt son veriləcək?


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər