Xəbər xətti
22-11-2021
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Əlibəy Hüseynzadənin qızının rəsm sərgisi açıldı - fotolar

Baxılıb: 2667     Tarix: 20-12-2015 15:12   
Azərbaycanın böyük mütəfəkkiri Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın İstanbulda fərdi rəsm sərgisi açılıb.
Əlibəy Hüseynzadənin qızının rəsm sərgisi açıldı - fotolar
Axşam.az-ın APA-ya istinadən məlumatına görə, İstanbulun Bəyoğlu rayonundakı “Eller” sənət qalereyasında açılmış sərgiyə Türkiyənin sənət ictimaiyyəti, əcnəbi və yerli mətbuat yaxından diqqət göstərib. Sərgidə Feyzavər Alpsarın ənənəvi tərzin də son illərdə dəri qavallar və kağızlar üzərinə işlədiyi əsərləri nümayiş etdirilir.

APA-ya açıqlama verən rəssam Feyzavər Alpsar fərdi sərgilərinə Türkiyədəki Azərbaycan ictimaiyyətinin hər il daha çox maraq göstərməsindən çox məmnun qaldığını vurğulayıb.

”Sizin agentliyiniz illərdən bəri atam, qardaşım Səlim və mənim barəmdə yazır. Bundan çox razıyam. Sizin göstərdiyiniz bu diqqət məni daha çox çalışmağa və daha yaxşı əsərlər yaratmağa sövq edir. Azərbaycana sizin vasitənizlə sayğı və sevgilərimi göndərirəm”, deyə Feyzavər Alpsar bildirib.
Əlibəy Hüseynzadənin qızının rəsm sərgisi açıldı - fotolar
Qeyd edək ki, Hüseynzadə ailəsinin ən kiçik övladı Feyzavər Alpsar 1921-ci ildə İstanbulda anadan olub. Memar Sinan adına incəsənət akademiyasını bitirib. Türkiyədə incəsənətin inkişafında mühüm xidmətləri olan Feyzavər Alpsar indiyə qədər 50-yə yaxın fərdi sərgi keçirib.
Əlibəy Hüseynzadənin qızının rəsm sərgisi açıldı - fotolar


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər