Xəbər xətti
21-10-2021
20-10-2021
Yazarlar





Rublika
Arxiv
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Ən çox oxunanlar
Sorğu

Lerikin deputatı İqbal Məmmədov AXTARILIR

Baxılıb: 31 050     Tarix: 09-01-2016 22:03   
Lerikin deputatı İqbal Məmmədov
Lerik sakinləri hazırda öz deputatlarını – 78 saylı Lerik Seçki Dairəsindən deputat seçilmiş İqbal Məmmədovu tapa bilməməkdən şikayətlənirlər. "Report" xəbər verir ki, rayon sakinlərinin verdiyi məlumatlarda bildirilir ki, Lerikdə bir sıra sosial problemlər var.
“Məsələn, rayonun əksər yolları indi keçilməz bataqlıqları xatırladır. Lakin 2010-cu ildən rayonun deputatı olan İqbal Məmmədov biz sakinlərin problemləri ilə maraqlanmır. Nəinki maraqlanmır, artıq 6 ilə yaxındır Lerikdən deputat seçilən bu şəxsin üzünü indiyədək demək olar ki, görməmişik. İndiyədək bir dəfə də olsun seçiciləri ilə görüşməyən millət vəkili problemlərimizlə maraqlanmır, şikayətlərimizi dinləmir. Halbuki, İqbal müəllim keçən il seçkiqabağı keçirdiyi azsaylı görüşlərdə yol problemi də daxil olmaqla əksər məsələlərlə şəxsən maraqlanacağını vəd etmişdi”, - sakinlərdən biri deyib.
Rayon sakinlərinin verdiyi məlumata görə, “Kaspi Yıldız” və “Relax” kimi şirkətlərin sahibi olan İ.Məmmədov Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərrüfat qurub.
Yeri gəlmişkən, bugünlərdə deputatın adı “süni yaradılmış “apteçka” ajiotajı”nda da hallanıb. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuata açıqlamasında bildirilib ki, son günlər mediada yayılan məlumatlar süni formada yaradılan ajiotajdır: “Dərman qutusu, qəza dayanma nişanı və yanğın söndürən balonun avtomobildə olması mütləqdir. Bu ajiotajın məqsədli şəkildə kimlər tərəfindən yaradılması məlum deyil”.
Bu ajiotajın kim tərəfindən yayılması məlum olmasa da, daha çox məhsul satmaq niyyəti ilə edildiyi açıq-aşkar hiss olunur. Mətbuatda isə bu ajiotajın müəlliflərindən biri kimi məhz deputat İqbal Məmmədov göstərilib. Xatırladaq ki, bu ilin əvvəlindən avtomobillərdə qəza işarəsi, yanğınsöndürmə balonu və tibbi yardım çantası olmayan sürücülərə qarşı ciddi tədbirlərə başlanacağı barədə heç bir mənbəsi olmayan məlumatlar yayılıb. Yanğınsöndürmə balonlarının ölkəyə gətirilməsində ən böyük şirkətlərdən biri olan “Kaspi-Yıldız”ın deputata aid olmasına əsaslanan yerli KİV bu ajiotajın həmmüəlliflərindən biri kimi İqbal Məmmədovu göstərib.

Yeri gəlmişkən, əldə etdiyimiz məlumata görə, “Relax” kimi istirahət mərkəzinə sahib olmasına baxmayaraq, İ.Məmmədov bir aya yaxındır ki, xaricdə istirahətdədir...
Qeyd edək ki, İqbal Məmmədovun böyük qardaşı Asif Məmmədov da uzun illər vəzifə başında olub. O, 2006-2011-ci illərdə Balakənin, 2011-2013-cü illərdə Şamaxının icra başçısı vəzifəsini tutub. 2013-cü ilin 15 fevralında Prezident İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Sumqayitfakt.az


Müəllif: uzeyir
Tarix: 17 fevral 2016 20:47
hormetli deputatımız heç olmazsa lerikli oldugunu da bir defe yada sal vezife hec kime qalmaayıb
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər