Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

“Dedim, oğul, sən getməsən, mən getməsəm, o getməsə, bəs bizim torpaqları kim azad edəcək?” - şəhid atası

Baxılıb: 370     Tarix: 20-11-2021 08:28   
“Dedim, oğul, sən getməsən, mən getməsəm, o getməsə, bəs bizim torpaqları kim azad edəcək?” - şəhid atası


Əsgər Samir Qəfərli Vətən müharibəsində Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 30-da Laçın istiqamətindəki döyüşlərdə qəhrəmancasına şəhid olub.

Sumqayitfakt.Az xəbər verir ki, Samir Qəfərli 1994-cü ildə Ucar rayonunun Bərgüşad kəndində anadan olub. 2001-ci ildə şəhid Ağamusa Mustafayev adına Bərgüşad kənd 1 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirən Samir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kulturologiya fakültəsinə qəbul olunub. Təhsil aldığı müddətdə televiziyada yayımlanan "Ata ocağı" serialında aktyor kimi ilk debütünü edib. 2019-cu ilin oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Ötən il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Samir Qəfərli də döyüşə ilk atılan igidlərimiz arasında idi.

Şəhidin atası Möhlət Qəfərov deyir ki, müharibə başlayandan sonra bir neçə dəfə oğlu ilə telefonla danışıb: "Yaxın günlərdə döyüşə girəcəklərini söylədi, sanki mənim fikrimi öyrənmək istəyirdi. Dedim, oğul, Allah köməyiniz olsun, sən getməsən, mən getməsəm, o getməsə, bəs bizim torpaqları kim azad edəcək? Sən demə, onda oğlum döyüşlərdə imiş".

İki bacının bir qardaşı olan Samir işğal altındakı torpaqlarımızı azad etmək üçün döyüşlərdə fəal iştirak edib. Düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv edilməsində xüsusi rolu olub. Samirin bacısı Aynur qardaşı ilə sonuncu telefon danışığını belə xatırlayır: "Samirlə danışanda ona ehtiyatlı olmağı, özünü qorumağını söylədim. Mənə dedi ki, şəhid olanlardan artıq deyiləm ki?! Onlar da mənim kimi bir atanın, bir ananın övladıdır, təki Vətən sağ olsun! Çox qürurlu idi, Vətən sevgisi də çox yüksək idi. Deyirdi, siz mənimlə fəxr edəcəksiniz. Hər dəfə, biz onsuz da səninlə fəxr edirik, deyirdim. Daha düşünmürdüm ki, bütün Azərbaycan qardaşımla fəxr edəcək. Çox çətindir, amma qardaşım Vətən uğrunda canını verən igidlərdən oldu, onunla qürur duyuram".

Ölümündən sonra Samir Qəfərli "Vətən uğrunda", Cəbrayılın, Qubadlının, Laçının azad olunmasına görə, "Hərbi xidmətdə fərqlənməyə" görə medalı ilə təltif edilib.

Şəhid Samir Qəfərlinin anım günü onun məzarı üstə qeyd olunub. Mərasimdə şəhidin ailə üzvləri, qazilər, hərbçilər, ictimaiyyət nümayəndələri iştirak edib, məzarı üstünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Sumqayitfakt.Az












Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər