Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Nazirlik Vətən müharibəsi qazilərinə müraciət edib

Baxılıb: 371     Tarix: 19-11-2021 13:05   
Nazirlik Vətən müharibəsi qazilərinə müraciət edib
Anar Bayramov


"Bu günə qədər Vətən müharibəsində iştirak edən 2 200 qaziyə əlillik təyinat aparılıb və hamısı bu təyinatından razıdır. Müəyyən qazilər, hansının ki, travması var, amma vəziyyəti əlilliyə uyğun gəlmirsə təyinatı aparılmır, həmin qazilər də bundan narazı olur".

Sumqayitfakt.Az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, qazilərə əlillik təyinatı müştərək komissiya tərəfindən həyata keçirilir: "Komissiyaya bizim agentliklər yanaşı İcbari Tibbi Sığorta, Səhiyyə Nazirliyi və Müdafiə Nazirliyinin nümayəndələri daxildir. Bu komissiya obyektiv şəkildə qərar qəbul edir. Nazirlər Kabinetinin qərarının müvafiq meyarına görə, travma, orqanizm funksiyanın pozulması uyğundursa bu zaman vaxt itirmədən təyinat aparılır, haqqı çatan əlillik dərəcəsini almalıdır. Hər hansı qazi yenə də narazıdırsa yenidən dəvət edib yoxlaya bilərik".

A.Bayramovun sözlərinə görə, müəyyən hallarda qazilər əlillik dərəcəsindən narazı qalaraq müraciət edir: "Onları yenidən hərbi komissiyaya dəvət edirik və komissiya qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə birgə video müşahidə ilə yenidən əlilliyi qiymətləndirir. Bu zaman həmin qazinin sağlamlıq vəziyyəti hans qrupun meyarına uyğub gəlirsə ona uyğun əlillik verilir. Bəzən əlillik təyinatından sonra həmin qazinin səhhətində hər hansı ağırlaşma olarsa, o, yenidən müraciət edə bilər. Bu zamanda ekspert komissiyası yenidən vəziyyəti dəyərləndirəcək, qazinin haqqı hansı qrupa çatırsa o qrupla da təmin olunacaq. Elektron sistemdə müəyyən uyğunsuzluq ola bilər, çünki yalnız səhiyyə müəssisəsinin verdiyi sənəd əsasında qərar çıxarılır. Hərbi komissiya ilə müayinə isə əyani aparılır və burada səhv aparılma mümkün deyil. Qazilərə kifayət qədər həssaslıqla yanaşılır, heç bir növbədə gözləmədən sağlamlıq vəziyyəti dəyərləndirilir.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər