Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş

Baxılıb: 360     Tarix: 18-11-2021 09:18   
Əliyev Natiqin şəhid olma səbəbi... - Düşmən beynəlxalq hüququ pozubmuş


Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan yeddi hərbi qulluqçumuzdan biri də kiçik çavuş Əliyev Natiqdir.

Sumqayitfakt.Az xəbər verir ki, şəhidimiz sanitar-təlimatçı olub.

O, iki gün öncə gedən döyüşlərdə yaralı hərbçimizi təxliyyə edən zaman şəhidlik zirvəsinə ucalıb.

Belə ki, təxliyyə zamanı düşmən beynəlxalq hüququn normalarını pozaraq, Natiq Əliyevin içində olduğu sanitar maşınını atəşə tutub. Nəticədə kiçik çavuş Natiq Əliyev şəhid olub.

Bu məqamda qeyd etmək yerinə düşər ki, Cenevrə Konvensiyasına əsasən sanitar nəqliyyat vasitəsi konflikt zamanı xüsusi statusa və müdafiə olunmaq hüququna malikdirlər.

Roma Statutunda qeyd edilir ki, beynəlxalq və ya qeyri-beynəlxalq silahlı konflikt zamanı tibbi personala qəsdən hücum etmək humanitar hüquqla təqib olunan və Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasına aid edilən hərbi cinayətdir.

Buna baxymaraq, düşmən Vətən müharibəsində olduğu kimi, son döyüşlərdə də beynəlxalq hüququn normalarını ayaqlar altına atıb.

Qeyd edək ki, döyüş meydanında uduzduqca quduzlaşan erməni tərəfi Vətən müharibəsi zamanı hətta mülki təcili tibbi yardım maşınlarına da atəş açmaqdan çəkinmirdi. Belə oxşar hadisələrdən biri də ötən ilin oktyabrın 6-da Ağdamın "Dörd yol" adlanan ərazisində baş vermişdi. Həmin vaxt yaralı hərbçimizi daşıyan ambulans düşmənin ağır artilleriyadan atəş açdığı mərminin hədəfi olmuşdu.

Onu da xatırladaq ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı  ermənilərin beynəlxalq hüquq normalarını pozması nəticəsində bir neçə sanitar-təlimatçımız şəhid olub.

Sumqayitfakt.Az


Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər