Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Bu gün görkəmli şairimiz Fikrət Sadığın anım günüdür...

Baxılıb: 4134     Tarix: 16-11-2021 15:49   
Bu gün görkəmli şairimiz Fikrət Sadığın anım günüdür...


Bu gün mərhum şair Fikrət Sadığın ölümündən 5 (beş) il ötür. Dərin hüznlə anırıq.

Sumqayitfakt.Az xatırladır ki, Fikrət Sadıq (Sadıqov Fikrət Abbas oğlu) 1930-cu il mayın 30-da Şamaxı şəhərində anadan olmuşdur.



Burada ibtidai, Kürdəmirdə orta təhsil aldıqdan sonra Bakıda sənət məktəbini bitirmişdir (1946). Gəncə neft kəşfiyyatının Naftalan qəsəbəsində Tərtərdə neft kəşfiyyatı sahəsində elektrik montyoru işləmişdir (1946-1952). Sovet Ordusunda xidməti borcunu yerinə yetirəndən sonra Bakıda bir müddət kinomexanik kimi çalışmışdır. 1955-ci ildə Kürdəmirdə elektrik montyoru işlədiyi vaxt axşam məktəbini bitirmişdir. Sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1956-1961). Ədəbi fəaliyyətə tələbəlik illərində universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" və "Ana əli" şeirləri ilə başlamışdır. Poetik yaradıcılığında bədii tərcürməyə də meyl edir. "Yumaq top", "Bir parça vətən", "Oğul" pyesləri, "Xırdaca gəlin", "Daş balkon", "İlk məhəbbət haqqında daha bir hekayə" və s. onun qələminin bəhrəsidir (1974-1983). Şamaxıda kənd müəllimi, rayon qəzeti redaksiyasında ədəbi işçi, ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasında baş laborant, Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında elmi redaktor, şöbə müdiri, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında elmi-kütləvi və sənədli filmlər birliyi idarəsində baş redaktor, Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatın təbliği bürosunun direktoru olmuşdur (1961-1975).



Fikrət Sadıq yaradıcılığı o qədər əhatəli, o qədər rəngarəng, o qədər zəngindir ki, nəyin haradan başlayıb harada bitdiyini fərq etmək olmur. Özünü nəhəng bir ümmanda hiss edirsən; hansı dərinliyə baş vurursansa, tapdığın mirvari, inci olur.

Bütün yaradıcılığı boyu ürəkdə yaşayan gözəllikdən, xeyirxah əməllərdən bəhs etmək inancına sadiq qalan şair uşaqları da unutmayıb, ümumiyyətlə, heç kimi, heç nəyi yaddan çıxarmayıb.

 Fikrət müəllimin yeri həmişə görünür və görünəcək. O, yalnız övladlarının deyil, nəsihətə, təsəlliyə, ideal məsləhətçiyə, xeyir-duaya ehtiyacı olan hər kəsin – hamının atası idi. Vəziyyəti düzgün dərk etməyən, yaxud dərk etmək istəməyən hamının – hər kəsin üzü dönsə də, tək onun qayğısı bəs edərdi ki, sınaqdan üzüağ çıxasan. Əlbəttə, bu, hikmətin qələbəsidir! Axı Fikrət Sadıq ata himayəsində böyüməmişdi, ağlı söz kəsəndən özü-özünə atalıq etmişdi:



«Atam qayıtdı dedilər,
Inanmadım, mən inanmadım.
Yada düşdü ötən illər...»

Ustad sənətkar haqqında çox yazıblar, lakin onun yaradıcılığını tamamilə işıqlandırmaq emanasiya baxımından mümkün olmayan işdir; olsa-olsa bu nəhəng ağacdan hər kəs bir yarpaq dərə bilib.



Tümen, Perm, Novosibirsk və Altay vilayətlərində keçirilən ədəbiyyat günlərində iştirak etmişdir. Macarıstan Xalq Respublikasına yaradıcılıq təşkilatlarının təcrübə mübadiləsi müşavirəsinə göndərilən sovet yazıçıları nümayəndə heyətinin tərkibində olmuşdur (1980).
16 noyabr 2016-cı ildə 86 yaşında Bakıda vəfat edib.

Yazıçı, ssenarist Orxan Fikrətoğlunun və şair Aysel Fikrətin atasıdır.



Əsərləri

Cığır. Bakı: Gənclik, 1963, 48 səh.
Ömrün bir günü. Bakı: Azərnəşr, 1965, 44 səh.
Dəniz küçəmizə gəlir. Bakı: Gənclik, 1968, 100 səh.
Cırtdan hara getmişdir? Bakı: Gənclik, 1970, 32 səh.
Sevgi yağışı, B., Gənclik, 1970, 230 səh., 9.000 nüs.
Bala kirpi. Bakı: Gənclik, 1972, 10 səh.
İşığın yaşı. Bakı: Gənclik, 1974, 200 səh.
Göydə nə var. Bakı: Gənclik, 1978, 80 səh.
Ağ cığır. Bakı: Yazıçı, 1979, 156 səh.
Yerdən göyə ümid. Bakı: Yazıçı, 1981, 232 səh.
Göydən alma düşmədi. Bakı: Gənclik, 1982, 52 səh.
Məndən soruşsalar. Bakı: Yazıçı, 1985, 342 səh.
Gəlin yuyaq dənizi. Bakı: Gənclik, 1988, 52 səh.
Dünya öz işindədir. Bakı: Yazıçı, 1989, 182 səh.
Seçilmiş əsərlər. Bakı: Gənclik, 1991, 381 səh.
Sirli əlifba. Bakı: Ayna mətbu evi, 1998, 32 səh.
Bir parça vətən. Bakı: Şirvannəşr, 1998, 20 səh.
Ömrün birgünü. Bakı: Şirvannəşr, 2002, 20 səh.
Sərhəddə səhər. Bakı: "Bilik" nəşriyyatı, 2002, 20 səh.
Gözlədiyim ömür. Bakı: Şirvannəşr, 2003, 264 səh.
Taleyin acığına. Bakı: "Qapp-Poliqraf" nəşriyyatı, 2003, 420 səh.

Tərcümələri
(rus və türk dilindən)


S.Marşak. Axmaq siçan balasının nağılı. Bakı: Gənclik, 1971, 15 səh.
Tofiq Fikrət. Şərmin. Bakı: Gənclik, 1972, 27 səh.

Filmoqrafiya

Cırtdanın yeni sərgüzəşti (film, 1973)(cizgi filmi)
Fransa qəhrəmanı (film, 1975)
Naxçıvan-50 (film, 1975) (sənədli)
Süleyman Rüstəm (film, 1976) (sənədli)
İçəri Şəhər (sənədli)



«Şuşa yadına düşəndə qəlbi şüşə kimi sınan» şairimizə müjdəm var: – Ruhun şad olsun, ustad, «Şuşanı bu qışa kimi» görmək bizə nəsib oldu.

Vüsal Ağa
Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər