Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

“Naxçıvan canavarı” ləqəbli şəhid leytenant

Baxılıb: 377     Tarix: 16-11-2021 09:12   
“Naxçıvan canavarı” ləqəbli şəhid leytenant


Vəlinin ləqəbi "Naxçıvan canavarı" idi. Müharibənin üçüncü günü yaxın dostu şəhid olmuşdu. Xəbəri mənə ağlaya-ağlaya verdi. Ondan sonra yerə-göyə sığmırdı, nifrəti birə beş artmışdı. Qisas andı içən Vəli dostunun intiqamını alaraq onun yanına üzüağ getdi.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri Azərbaycan Ordusunun leytenantı, şəhid Vəli Quliyevin qardaşı Maqsud Quliyev deyib.

Şəhidin qardaşı sözlərinə belə davam edib: "Biz Vəli ilə əkiz qardaş idik. Onunla 8 il bir sinifdə oxumuşuq. Yadımdadır, orta məktəbdə müəlliməmiz böyüyəndə nə olmaq istədiyimizi soruşanda Vəli hamıdan əvvəl ayağa qalxaraq "mən hərbçi olacağam" dedi. O, öz arzusunun arxasınca getdi. Əvvəlcə Heydər Əliyev adına Hərbi Liseyi, ardınca isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdi. 2018-ci ildə Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmətə başladı. Öz istəyi ilə bir müddət ön cəbhəyə təyinat aldı. Bir ildən sonra yenidən öz hərbi hissəsinə göndərildi. Vətən müharibəsi başlananda elə həmin hərbi hissədə xidmət edirdi. Hərbçi yoldaşları deyirlər ki, Vəli üçün post evdən daha dəyərli idi. Postu evi hesab edirdi. Müharibə başlayanda Vəli yeddi ay idi ki, bölük komandiri idi. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılıb. Ötən il sentyabrın 27-də mənimlə əlaqə saxlayaraq dedi ki, "ola bilər mənə zəng çatmasın, təlimdəyəm, narahat olmayın". Arada təlimlərdə olanda əlaqə saxlaya bilmirdik deyə buna öyrəşmişdik. Sentyabrın 28-də isə yenə mənə zəng vurdu. Dedi ki, "tək sənə deyirəm, mən müharibəyə gedirəm. Evdəkilər bilməsinlər, onlara deyəcəyəm ki, təlimdəyəm. Amma başıma bir iş gəlsə, ən azından sənin xəbərin olsun". O çox şən adam idi. Gülə-gülə danışırdı. Onu ruhlandırmaq məqsədilə "daim irəli, Azərbaycan əsgəri" deyəndə gülümsəyərək "narahat olma, bizdə geri çəkilmək deyə bir vəziyyət ola bilməz" deyib sağollaşdı. Sonra evdəkiləri də yığıb onlarla ayrıca danışdı və təlimdə olduğunu və müharibəyə getməyəcəyini bildirdi. Sentyabrın 29-da zəng vuranda kövrək danışdığını hiss etdim. Soruşdum ki, "kimə nə olub?" Ağlaya-ağlaya dostlarından birinin şəhid olduğunu, digərinin isə yaralandığını söylədi. Şəhid olan dostu Fərmin Əliyev idi. Dedi ki, "get Fərmingilə, ailəsini tək buraxma, mən də onun qisasını alacağam". Ondan bir gün əvvəl digər dostu, leytenant Elvin Şükürlü də şəhid olmuşdu. Biz onu Vəliyə deyə bilmədik. Çünki bir dostunun şəhid olması onu yıxmışdı, yerə-göyə sığmırdı, ikincisinin də bəd xəbərini almaq qardaşıma daha ağır zərbə olardı. Oktyabrın 20-si saat 12:35-də son danışığımız olub. O anı ömrümboyu unutmayacağam. Həmin gün tək məni və ata-anamızı deyil, digər qohumları da yığıb sağollaşıb. Neçə gündür ac olduqlarını, işğaldan azad edilmiş rayonların birində bir bağda heyva yediklərini bildirdi. Gülə-gülə danışırdı. Dedi ki, "Bir heyva var burda, gəl görəsən, dadından doymaq olmur. Bir inək də kəsmişik, kabab edirik, onu da yeyəcəyik. Axşam düşmənlərin leşini-leş üstünə qalaqlamışıq, indi də dincəlirik, bu axşam yenə irəli gedəcəyik. Allaha əmanət olun, evdəkilər sənə əmanətdir". Mən də həmişəki kimi onu ruhlandırdım və özünü qorumağı bərk-bərk tapşırdım. Həmin gün axşam mühasirəyə alınan bir bölüyə köməyə gediblər. Mühasirəyə alınan bölükdən bir əsgər mənə dedi ki, Vəlini silah-sursat anbarı adlandırırdıq, canı-cüssəsi balaca olsa da, üstündə xeyli silah gəzdirərmiş. Vəli görübmüş ki, pulemyotla atəş açan əsgər silahla bir az yavaş davranır. Deyib ki, "qorxmayın vurun, onlar onsuz da vura bilmirlər. Biz yalnız irəli gedəcəyik, Qarabağ bizimdir". Daha sonra isə silahı həmin əsgərin əlindən alaraq gülə-gülə mərmiləri düşmən tərəfə boşaldıb.

Nəticədə düşmənin xeyli sayda canlı qüvvəsi məhv olub, bölük isə mühasirədən qurtulub. Səhəri gün günorta radələrində Vəligilin maşınları vurulub, nəticədə doqquz nəfər şəhid olub, qardaşım da daxil olmaqla bir neçə nəfər yaralanıb. Vəli boyun nahiyəsindən qəlpə yarası alıb. Ona hospitala getməyi tövsiyə etsələr də, razı olmayıb. Oktyabrın 22-də gecə Qubadlı rayonunun Muradxanlı kəndində üç tərəfdən mühasirəyə düşüblər. Orada yaxın məsafədə qızğın döyüşlər zamanı Vəli başda olmaqla bölükdən xeyli hərbi qulluqçu şəhid olub. Bir müddət biz Vəlidən xəbər ala bilmədik. Hamımız nigaran idik. Sonradan bizə şəhid olduğunu dedilər. Noyabrın 3-də nəşi həmin ərazidən götürüldü, noyabrın 6-da təhvil alıb Naxçıvanda dəfn etdik". Maqsud Quliyev qardaşının son döyüşü haqqında bunları deyib: "Sağ qalan əsgərlərdən biri deyir ki, Vəli və qərargah rəisi irəlidə gediblərmiş. Birinci onlar düşmənin hədəfi olublar. Vəli qolundan yaralansa da, döyüşə davam edib. Əsgərlərinə deyib ki, "özünüzü qoruyun, bir-birinizdən muğayat olun, hamınız haqqınızı halal edin. Daim irəli gedin, geri çəkilmək olmaz". Bundan sonra ikinci güllə yarası alaraq şəhid olub. O, daim irəli deyə-deyə şəhadətə yüksəlib. Vəli şəhid olmağı arzu edirdi, qardaşım ən böyük arzusuna çatdı. O uca zirvəyə yüksəlməzdən əvvəl dostlarının da qisasını alıb yanlarına üzüağ getdi. Vəlinin ləqəbi "Naxçıvan canavarı" idi. Ona "Naxçıvan qartalı" da deyirdilər".

Qeyd edək ki, Quliyev Vəli Kamal oğlu 1997-ci il iyulun 20-də Culfa rayonunun Qazançı kəndində anadan olub. 2003-cü ildə Qazançı kəndinin Elsevər Eldaroğlu adına tam orta məktəbində, 2009-cu ildən isə Naxçıvan Muxtar Respublikası Azər Tağıyev adına 17 nömrəli məktəbində, 2011-2014-cü illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb. 2014-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub, 2018-ci ildə isə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. Bundan sonra elə həmin il Ağcabədidə yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. Bir neçə aydan sonra öz istəyi ilə ön cəbhəyə göndərilib. Təxminən bir il orada xidmət etdikdən sonra yenidən əvvəlki hərbi hissəyə qaytarılıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə atılan bölük komandiri Vəli Quliyev Cəbrayıl, Füzuli, Xocavənd - xüsusilə Hadrut, Zəngilan və Qubadlının azad edilməsi hərbi əməliyyatlarında iştirak edib. Oktyabrın 22-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölkə başçısının sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "İgidliyə görə", "Cəsur döyüşçü", "Vətən uğrunda" medalları ilə təltif olunub.

Sumqayitfakt.Az



Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər