Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Zəngəzur dəhlizi Aİ-nin etibarlı və təhlükəsiz logistik dəhlizlər təmin etmək səylərinə töhfə verəcək - Ceyhun Bayramov

Baxılıb: 378     Tarix: 16-11-2021 08:21   
Zəngəzur dəhlizi Aİ-nin etibarlı və təhlükəsiz logistik dəhlizlər təmin etmək səylərinə töhfə verəcək - Ceyhun Bayramov


Xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edib.

XİN-nə istinadən xəbər verir ki, görüşdə çıxış edən nazir, münaqişə sonrası bölgədə yaranan yeni reallıqlar, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi və bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının bərpa edilməsi barədə danışıb. O, dayanıqlı sülh, inkişaf və tərəqqinin Azərbaycanın gələcək vizyonunun əsasını təşkil etdiyini və bu xüsusda, üçtərəfli bəyanatların tam icrasının mühüm olduğunu qeyd edib; Azərbaycan tərəfindən bu istiqamətdə atılan addımlara Ermənistanın qarşılıq verməsini gözlədiyimiz vurğulanıb.

Bölgədə bütün kommunikasiyaların açılmasının, Ermənistan və Azərbaycan ərazisindən keçməklə həm bu iki ölkə, həm də bütün bölgə ölkələri, eləcə də tərəfdaşlarımızın xeyrinə ticarət və nəqliyyat daşımalarının artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi, bu xüsusda Zəngəzur dəhlizinin önəmli təşəbbüs olduğu iclas iştirakçılarının diqqətinə çatdırılıb. Zəngəzur dəhlizinin Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli tərkib hissəsi kimi Aİ-nin Şərq Tərəfdaşlığı çərçivəsində və ondan kənarda etibarlı və təhlükəsiz logistik dəhizləri təmin etmək səylərinə töhfə verəcəyi bildirilib.

Azad olunmuş ərazilərdə Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərindən bəhs edən nazir Ceyhun Bayramov, nəticədə uzun illər ərzində hüquqları pozulmuş məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qayıdacaqlarını vurğulayıb. Nazir, həmçinin azad olunmuş ərazilərdə mina təhlükəsinə diqqəti cəlb edib və Ermənista tərəfindən mina xəritələrinin təqdim edilməsinin vacibliyini səsləndirib.

Nazir, Aİ-nin Şərq Qonşuluğu siyasəti çərçivəsində Cənubi Qafqaza münasibətdə yanaşmasını bölgədə mövcud olan yeni vəziyyətə uyğun olaraq, post-münaqişə dövrünün ehtiyac və prioritetlərinə müvafiq olaraq dəyişdirməsinin vacibliyini vurğulayıb.

Yeni mərhələdə minadan təmizləmə, kommunikasiyaların açılışı, ölkələr arasında yaxşı qonşuluq münasibətlərinin yaradılması üçün etimad quruculuğu tədbirlərini özündə ehtiva edən post-münaqişə siyasi və maliyyə dəstəyinin Aİ-nin yardımçı ola biləcəyi sahələr sırasında olduğu qeyd edilib. İstər Şərq Tərəfdaşlığı, istərsə də ikitərəfli çərçivədə irəli sürülən təşəbbüslərin Aİ-nin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Qlobal Strategiya sənədində nəzərdə tutulduğu kimi beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslamalı olduğu tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasından sonra nazir Ceyhun Bayramov Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb.

Görüşdə tərəflər, Azərbaycan və Aİ ikitərəfli əlaqələrinin hazırkı durumu və gələcək inkişaf perspektivləri, əsas prioritet məsələləri, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn zirvə görüşünə hazırlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Sumqayitfakt.Az




Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər