Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Hicran Hüseynova Sumqayıtda şəhid Ramil Ağayevin ailəsini ziyarət edib

Baxılıb: 366     Tarix: 13-11-2021 10:10   
Hicran Hüseynova Sumqayıtda şəhid Ramil Ağayevin ailəsini ziyarət edib


Milli Məclisin deputatı Hicran Hüseynova Vətən Müharibəsi şəhidi, mayor Ağayev Ramil Mərdan oğlunun ailəsini ziyarət edib. 

H. Hüseynova İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığını vurğulayıb.

Millət vəkili Hicran Hüseynova qeyd edib ki, şəhidlər bizim qurur yerimizdir, hər birimiz onların ailələri qarşısında mənəvi məsuliyyət daşıyırıq.

H. Hüseynova ailənin gündəlik qayğıları və ehtiyacları ilə maraqlanıb, onları narahat edən məsələləri dinləyib, həlli istiqamətində müvafiq işlər görəcəyini bildirib.

Qeyd edək ki, peşəkar hərbçi olan Ramil Ağayev 13.10.2020-ci il tarixdə Hadrut qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, doğulduğu Lerik rayonunda dəfn olunub.

Prezidentin sərəncamı ilə "Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Özündən sonra iki qız övladını həyat yoldaşına əmanət qoyub.

Sumqayitfakt.Az









Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər