Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Şəhid bacısı: Bacılar, başınızı dik tutun, bizim qardaşlarımız ölməyib

Baxılıb: 364     Tarix: 13-11-2021 09:26   
Şəhid bacısı: Bacılar, başınızı dik tutun, bizim qardaşlarımız ölməyib


Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədə və ərazilərimizin işğaldan azad olunmasında aktiv iştirak edən cəsur əsgərlərimizdən biri də Tural Hümmətovdur. Altı övlad arasında son beşik olan, 23 yaşında şəhidlik zirvəsinə ucalan Turalın dəfn mərasimindən bir il ötür.

Sumqayitfakt.Az AZƏRTAC-a istinadən bildirir ki, Tural Ağababa oğlu Hümmətov 1998-ci il mayın 20-də Lənkəran rayonunun Osaküçə kəndində dünyaya göz açıb. 2016-2018-ci illərdə həqiqi hərbi xidmətdə olan Tural iki ilə yaxın idi ki, Lənkəran Şəhər Mədəniyyət Mərkəzində kompüter mütəxəssisi kimi çalışırdı. O, hərbi xidmət zamanı artilleriya bölməsində qulluq etmişdi. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda cəsur əsgərimiz topçu kimi döyüş meydanına atılıb.

Anası deyir ki, Tural 23 yaşı olsa da, evin gündəlik qayğılarını çiyinlərində daşıyırdı. Atası xəstə olsa da, o, Vətənin səsinə səs verdi.

"Turalla bağlı nə qədər söz danışsaq azdır. Əsgərlikdən gələndən sonra Lənkəranda Mədəniyyət Mərkəzində kompüter müəllimi işlədi. Ailəmizə dayaq idi. Bacısının yoldaşı rəhmətə gedib, ona da o baxırdı. Yaşı az olsa da, çiyinlərindəki yük çox idi", - deyə şəhid anası Cəmilə Hümmətova bildirib.

Düşmənlə döyüşə Ağdərə istiqamətindən başlayan Tural topçu kimi işğalçıların bir çox mövqeyini darmadağın edib. Daha sonra Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və bir çox kəndlərimizin işğaldan azad edilməsində xüsusi igidlik göstərib. Noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. O, həmin gecə ailəsinə zəng edərək sevinclə danışıb. Hər kəsi əmin edib ki, onlara Qələbə xəbərini çatdıracaq. Sonra döyüşlərə qatılıb və şəhidlik məqamına yüksəlib.

Turalın bacıları qardaşları ilə daim qürur duyduqlarını bildirirlər. Şəhidin bacısı Gülüş Allahverdiyeva deyib: "Vətən müharibəsi başlayanda Tural da könüllü olaraq müharibəyə qatıldı. Bir neçə rayonun azad olunmasında iştirak etdi. Qardaşım şəhid olub, ağır itkidir. Amma onunla fəxr edirəm. Mənə danışmaq çətin olsa da, qardaşımla qürur duyuram. Allah şəhidlərimizi rəhmət eləsin".

"Turala 5 yaşına kimi mən baxmışam. Mənim qardaşım son ana kimi düşmənlə savaşıb. Şuşada döyüşüb, işğalçı ermənilərin qanını töküb. Mən qardaşımla fəxr edirəm. Bütün şəhidlər bizim qardaşımızdır. Bacılar, başınızı dik tutun, bizim qardaşlarımız ölməyib. Onlar əbədi yaşayırlar", - deyə şəhidin bacısı Gülşən Hümmətova bildirib.

Tural Hümmətov "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər