Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib

Baxılıb: 378     Tarix: 12-11-2021 09:01   
“44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində Sumqayıt Dövlət Universitetində tələbələrlə görüş keçirilib


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və "Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə noyabrın 10-da "44 Günün Qəhrəmanları” layihəsi çərçivəsində tələbələrlə növbəti görüş keçirilib.

Sumqayitfakt.Az xəbər verir ki, Sumqayıt Dövlət Universitetində təşkil olunmuş görüşdə dövlət himnimiz səsləndirildikdən sonra Vətənimizin bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir universitetin rektoru, professor Elxan Hüseynov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov və  Böyük Qayıdış Gənclər Təşkilatının icraçı direktorunun müşaviri Elşən Qəhrəmanovun açılış nitqləri ilə davam edib. Çıxış edənlər öz nitqlərində 44 günlük Vətən müharibəsi haqqında belə maarifləndirici görüşlərin keçirilməsinin diqqətəlayiq olduğunu bildirib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müstəqillik tariximizin ən böyük zəfərini xalqımıza yaşatmış Vətənin qəhrəman oğullarının tanıdılması və gənc nəslə örnək olmasının vacibliyini qeyd ediblər.

Çıxışların ardınca qəhrəmanlarımızın 44 günlük müharibə yolunun həkk olunduğu kadrlar və xalqımızın zəfər sevincini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Üzv təşkilatlar və tələbə klublarla iş sektorunun rəhbəri Orduxan Qəhrəmanzadə Gənclər Fondunun dəstəyi ilə ərsəyə gəlmiş "Azərbaycan Gəncliyi Vətən müharibəsində” adlı jurnal, "Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktor müşaviri Elşən Qəhrəmanov isə sayt barədə ətraflı məlumat veriblər.

Daha sonra "Böyük Qayıdış” təşkilatının idarə heyətinin üzvü, bir çox xüsusi döyüş əməliyyatlarının və Aprel döyüşlərinin iştirakçısı, Qarabağ qazisi, Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan baş leytenantı Əhliyət Mehdiyev Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun 30 illik Vətən həsrətinə necə son qoyduğunu və xalqımızı illərdir düşmən tapdağı altında olan torpaqlarımıza necə qovuşdurması haqqında çıxış edib.

Tədbirin qonaqları olan Vətən müharibəsi qaziləri - Tərlan Həmdullayev, Əfəndi Balacanov və Azim Nuruyev çıxışları zamanı Vətən müharibəsi ilə bağlı xatirələrini tələbələrlə bölüşüblər. Onlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası ilə mərd oğullarımızın yüksək peşəkarlıqla nümayiş etdirdiyi Vətənimizin ərazi bütövlüyünü təmin etmə əməliyyatının dünya hərb tarixinə düşməsi ilə qürur duyduqlarını bildiriblər. Çıxış edən qazilər Sumqayıt Dövlət Universitetinin məzunlarının da Vətən müharibəsində böyük şücaət nümayiş etdirdiklərini vurğulayıb, vətənpərvər və mərd gənc nəslin yetişməsində müəllimlərin rolunu qeyd edərək, bu kontekstdə Sumqayıt Dövlət Universitetinin kollektivinə minnətdarlıqlarını ifadə ediblər.

Çıxışların ardınca qonaq qazilərin tələbələrlə sual-cavab sessiyası baş tutub. Sessiya zamanı qəhrəmanlarımız uğurlarının ən başlıca səbəbi kimi ali baş komandanın qüsursuz strategiyası, ordumuzdakı birlik və ruh yüksəkliyi olduğunu bildirərək tələbələrə ətraflı cavablar veriblər.

Son olaraq görüşə ev sahibliyi edən universitetin tələbələri adından Sumqayıt Dövlət Universitetinin tələbəsi Fidan Bağırova və Tələbə Gənclər Təşkilatının sədri Tayfun Hacılı çıxış edərək qəhrəmanlarımıza təşəkkür edib, qazilərin Vətən müharibəsi zamanı yaşadıqları təəssüratları, göstərdikləri şücaəti və birlik nümunəsini digər tələbələrlə də bölüşəcəklərini qeyd ediblər.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam etməkdədir.

Sumqayitfakt.Az






Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər