Xəbər xətti
Yazarlar





Rublika
Arxiv
«    Dekabr 2021    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu

Vətən sevdalısı idi, Vətənə də qurban getdi...

Baxılıb: 373     Tarix: 11-11-2021 08:46   
Vətən sevdalısı idi, Vətənə də qurban getdi...


O, bizə 18 il oğulluq edib. Həmin yaşdan sonra Vətənin övladı olub. Dünyaya oğlan uşağı gələndə valideynlərə gözaydınlığı verir, təbrik edirlər. "Oğul düşmən çəpəridir",- deyiblər. Biz Yaşarı düşmən çəpəri kimi bu gün üçün böyütmüşdük, bu yolda da getdi. Anası, bacısı, ailəsi, kəndi, rayonu, xalqı, milləti üçün qurban getdi, çünki o, bu xalqın oğlu idi.

Sumqayitfakt.Az xəbər verir ki, bu sözləri şəhid polkovnik-leytenant Yaşar Sadıqovun atası Füzuli kişi dedi.

"Oğul həmişə kürəyini qoru. Amma indi başa düşürəm ki, mən ona "ürəyini qoru" deməli imişəm. O vaxt mən haradan biləydim ki, o, düşmən gülləsinin qabağına ürəyini verəcək"

Bu sözləri də anası Əsli deyir: "Yaşar çox abırlı, qız kimi, gəlin kimi həyalı bir övlad idi. O, heç vaxt atasının yanında oturmazdı. Atası evə daxil olan kimi o biri otağa keçirdi. Həmişə gecə saat 12-də gəlib səhər saat 5-də işə gedərdi. O, öz işinə çox bağlı idi. Biz onu doyunca görmədik, üzünə həsrət qaldıq"

Qeyd edək ki, Yaşar Sadıqov 1975-ci il avqustun 10-da Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1991-1995-ci illərdə Həzi Aslanov adına Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində ali hərbi təhsil alıb.

Onda hərbçi olmağa maraq əmisi Sahil Birinci Qarabağ müharibəsində döyüşərkən yaranmışdı. Əmisinin hərbi formasına maraqla tamaşa edər, gələcəkdə hərbçi olacağını deyərdi. Elə bu maraq hissi də onu hərbi işin ardınca apardı.

Uzun illər müxtəlif hərbi hissələrdə qulluq edib. 17 il Naxçıvanda olub, sonra xidmət yerini Qusara və Beyləqana dəyişiblər. Harada qulluq etməsindən asılı olmayaraq, onun qulluq etdiyi hərbi hissə həmişə intizamı, qaydalara dəqiq riayət etməsi ilə fərqlənib.

Yaşar hamının - qohum-əqrəbaların, dostların, hərbi hissədə zabitdən tutmuş əsgərədək hər kəsin sevimlisi idi. Onunla bir yerdə xidmət edən hərbçi yoldaşları, komandanlığı altında olan əsgərlər də Yaşarın əsl vətənpərvər, yurda, torpağa bağlı bir zabit olduğunu xatırlayırlar. Naxçıvanda hərbi hissədə kəşfiyyat rəisinin müavini olan vaxt Batabat istiqamətində səngərlərə baş çəkərkən özünün öyrətdiyi təlim iti onun paltarından tutub geri çəkib. Sən demə, o, dumanlı havada minalanmış erməni səngərinə gedib çıxıbmış. Təlim itinin sayıqlığı onun həyatını xilas edib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib, lakin bunların heç biri barədə ailə üzvlərinə bir kəlmə də deməyib.

Əsli xanım xatırlayır: "Vətən müharibəsi ərəfəsində zəng edib hal-əhval tutdu. Müharibədən, cəbhədən bir kəlmə də demədi. Ümumiyyətlə, o heç vaxt öz işi haqqında bir kəlmə də danışmazdı. Çalışırdı ki, işindəki gərginliyi, narahatlığı evdə hiss etdirməsin. Dedi ki, mənim başım bir az qarışıqdır, uşaqları gəlib Gəncədən aparın. Sonra başa düşdük ki, o, artıq həmin gün cəbhəyə gedirmiş. O, oktyabrın 2-də günorta şəhid olub. Biz bu barədə bir gün sonra xəbər tutduq. Sonra dedilər ki, sağdır, amma yaralıdır. Yalvarırdım ki, kaş bir ayağı, bir qolu olmasın, amma kaş ki, sağ olsun. Hamı mal-dövlətdən ona qurban deyəndə mən özümü qurban dedim. Sən demə, onu bir də görmək bizə qismət deyilmiş...".

Polkovnik-leytenant Yaşar Sadıqov 2020-ci il sentyabrın 27-dən erməni hərbi birləşmələrinin işğalı altında olan ərazilərin azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Ömər aşırımında şəhid olub. Uzun müddət nəşi tapılmayıb.

Əmisi oğlu və uşaqlıq dostu Seymur Əliyev deyir: "Yaşarın nəşi düz 4 ay 23 gün sonra 3728 metr hündürlüyü olan Ömər aşırımından tapıldı. Onun əlamətlərini tanıyan yaxın dostu kimi bu dəhşətli səhnəni ilk dəfə mən görmüşəm. Təpədən dırnağa Vətənə, torpağa bağlı olan belə bir oğulu, peşəkar zabiti itirmək çox ağırdır. Onun itkisi hamı kimi məni də çox göynədir, qan qohumumu, ən vəfalı və sadiq dostumu heç vaxt unuda bilməyəcəyəm".

Vətən müharibəsi şəhidi Yaşar Sadıqov 2021-ci il fevralın 27-də II Şəhidlər xiyabanında dəfn olunub.

Ölkə başçısının sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medallarına layiq görülüb.

Şəhid polkovnik-leytenantın bir oğlu və bir qızı var, hər ikisi tələbədir. Onlar üçün də, ata-anası, qardaşları Gəray, Rəşad, Anar, bacısı Lətafət, qəhrəman komandiri tanıyan və tanımayan hər kəs üçün Yaşar həmişə qürur və iftixar mənbəyi olaraq xatırlanacaq, doğma xatirəsi ürəklərdən silinməyəcək...

Sumqayitfakt.Az





Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:*
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
loading...
Reklam
Əsas xəbərlər